11.05.2022 [10:04] - Gündəm, İdman
İspaniya La Liqasının XXXVI turu çərçivəsində “Barselona” öz meydanında “Selta Viqo”nu qəbul edib.
Matçın 65-ci dəqiqəsində “Barselona”lı 23 yaşlı müdafiəçi Ronald Arauxo komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Bundan sonra uruqvaylı oyunçu ayağa qalxıb oyuna davam etmək istəsə də huşunu itirib yerə yıxılıb və meydanı ambulansla tərk edib.
Qeyd edək ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta Viqo”nun tək qolu isə 50-ci dəqiqədə Aspastan gəlib.
36 oyundan sonra “Barselona” 72 xalla 2-ci, “Selta Viqo” isə 43 xalla 11-cidir.

Bu xəbər oxucular tərəfindən 2072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |