Şrift:
Fərəc Quliyev:Azadlıqlar və insan haqları barəsində 9 mühim TƏKLİF(efirə getməyən çıxışlardan-04.03.2011)
11.05.2022 [17:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri Fərəc Quliyevin 2011-ci ildə Milli Məclisdə azadlıqlar və insan haqları ilə bağlı verdiyi 9 təklif hələ də öz aktuallığını saxlayır:

1)- məhkəmə orqanlarının özbaşınalığı və ya müvafiq orqanların hərəkətsizliyi nəticəsində hüququ pozulmuş şəxslərin bəraət və təzminat çərçivəsi və səhv hərəkətlilik, yaxud hərəkətsizlik nəticəsində hüquq pozuntusu yaradanın cəzalandırılması çərçivəsi hazırlanmalıdır.
2)-Məhkəmələr tərəfindən günahsız adamların cəzalandırılması aydınlaşdırılarkən bu hakimlərin cəzalandırılmasını və cəza almış adamların dövlət tərəfindən təzminat təminatını nəzərdə tutan təkliflər paketi hazırlanmalıdır.
3)-Cəzaçəkmə müəssisələrində insanları cəzalandırmaqdan daha çox tərbiyə etmək və millətin faydalı üzvünə çevirmək mexanizmini özündə ehtiva edən məhbəsdaxili və həbsdən sonrakı reabilitasiya proqramının hazırlanması çox vacibdir .
4)- Psixiatriya xəstəxanalarındakı vəziyyəti kökündən dəyişmək, onların yeni şəraitdə qurulması və buradakı xəstələrin diaqnozlarına uyğun olaraq bir yerdə saxlanmasını təmin etmək baxımından ekspert həkimlərin iştirakı ilə xüsusi proqram hazırlamaq lazımdır.

5)-Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi ilə, Avropa İnsan Haqları Məhkəməsində onların mülki və siyasi tələbləri ilə bağlı iddiaların qaldırılmasına, Qərbi Azərbaycandan məcburi köçürülənlərə qarşı cinayət əməllərinin beynəlxalq məhkəmələrdə araşdırılmasına, qaçqınların Qərbi Azərbaycanda qalan mal və mülklərinin siyahılaşdırılmasına və onların müvafiq beynəlxalq instansiyalar qarşısında təzminat davası açmasına yardım edilməli və bütün bu işləri mərkəzləşdirmək üçün proqram hazırlanmalıdır.
6)-Azərbaycandan beyin axınının səbəbini aradan qaldırmaq üçün ziyalı potensialının hüquqlarının qorunması və ziyalı axını zamanı xaricdə toplaşmış intellekt potensialımızın kadr bankının hazırlanması və onların vətənə qayıtması proqramını müvafiq orqanlara tövsiyə edəcək sənədləri hazırlamaqla ziyalıların hüquqlarını müdafiə eləmək Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planında nəzərdə tutulmalıdır.
7)-Azərbaycan işçisinin hüquqlarının məhdudlaşdırılmaması üçün əsasən karbohidrogen ehtiyatlarının istehsalı və ixracı ilə məşğul olan xarici şirkətlərlə müqavilələr bağlanarkən Azərbaycan vətəndaşının işlə təmin olunması önə çəkilməli, maaşla təminatda ona əcnəbi vətəndaşdan aşağı maaş verilməməsi şərti mütləq nəzərə alınmalıdır.
8)-Ərzaq səbətinin bahalaşmasının səbəbi olan inhisarçılığın, korrupsiyanın rolunu elmi cəhətdən təhlil edib qarşısını almaq yollarını araşdırmaq üçün təkliflər hazırlanmalı, mövcud təkliflərin həyata keçirilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılmalı və hesabat istənilməlidir.
9)-İnsan hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işinə televiziyalarda önəm verilməlidir.

Həmin çıxışın video linkini təqdim edirik:

AÇILMAZSA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed