12.05.2022 [21:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Rusiya indi geri çəkilmək üçün bəhanə axtarır ki, Ukraynadan hansısa bir ərazini öz tərkibinə qatsın, öz xalqını sakitləşdirsin və bioloji silahı da bəhanə gətirərək imicini düzəltmək – guya bəşəriyyət üçün bir tədbir görüb”.
Bunu Qərbin Ukraynada bioloji silah təcrübədən keçirməsilə bağlı Rusiyanın iddiasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, Rusiya Ukraynada etdiklərinə “bəşəriyyəti xilas etmə” donu geyindirmək istəyir:
“Heç bir pis təcrübə yaxşı nümunə ola bilməz. ABŞ İraqa girməmişdən əvvəl orada kimyəvi silahlar olduğunu deyirdi, sonra yanlışlıq etdiyini boynuna aldı. Bu, yalnış təcrübə idi.
Ukraynada baş verən hadisələrlə bağlı Rusiya əvvəl ayrı tezislərlə çıxış edirdi. Öncə hakimiyyətin dəyişdirilməsini qaldırmışdı, sonra silahsızlaşdırma məsələsini ortaya qoymuşdu. Rusiya yavaş-yavaş mövqelərini dəyişir. Hətta əvvəl daha böyük iddialarla çıxış edirdilər. İndi isə “Donbasda rusdilli əhalinin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçiririk” ifadəsini işlətməyə başlayıblar.
Prosesin əvvəlindən müharibənin geniş xarakter alacağını proqnozlaşdırmırdım. Çünki Rusiyanın buna imkanları yox idi.
İndi Rusiyanın əsas iki şüarı var. Biri odur ki, Ukraynada bioloji silah var və Qərb ölkələri oranı təcrübə meydanına çevirib. İkinci, ABŞ 40 milyard yardım ayırandan sonra deyirlər ki, bu, Ukrayna xalqına xeyir etmir, onları qırğına vermək üçündür.
Rusiya bütün bu məsələlərlə müsbət imic yaratmaq, geri çəkilməyə bəhanə axtarmaq və etdiyi işlərə indidən haqq qazanmaq istəyir. Rusiya bilir ki, beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Rusiyanın dondurulmuş vəsaitinin Ukraynaya verilməsi gündəmə gəlib. Buna Lavrov cavab verdi ki, bu, oğurluqdur. Ancaq özləri Ukraynanı darmadağın edib.
Heç bir pis təcrübəni nümunə kimi götürmək olmaz. Rusiya Ukraynada çox ciddi səhvə yol verib. Ukrayna təcavüzə məruz qalıb və bəşəriyyət də onu müdafiə etməlidir”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1556 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |