27.05.2022 [10:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son günlərdə ölkə gündəmində Konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə referendumun keçiriləcəyi ilə bağlı iddialar səsləndirilməkdədir. Dəyişikliklərin, əsaəsn, seçkilər və parlamentin say tərkibi ilə bağlı olacağı qeyd olunur.
Əsas dəyişikliklər kimi, Milli Məclisdə deputatların sayının 50 nəfər artırılacağı, qarışıq seçki sisteminin bərpası məsələləri ön plana çıxarılır.
Bəs, sözügedən dəyişikliklərlə bağlı siyasi partiyalar hansı fikirdədir?
Mümkün referendumla bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, referendumun keçiriləcəyi ilə bağlı məlumatlı olmasa da, bir sıra islahatlara ehtiyac var:
“Mən də ölkədə proposional seçki sisteminin bərpası və qarışıq seçki sisteminə keçilməsi ilə bağlı təkliflərimi irəli sürmüşəm. Bunun üçün referendumun keçirilməsi vacibdir. Eyni zamanda parlamentdə boş qalan yerlərə də referendumdan asılı olmayaraq seçkilər keçirilməlidir. Ümumilikdə, ölkədə islahatlarla bağlı referendum zərurəti var. Proposional seçki sisteminin bərpası ilə bağlı isə onu deyə bilərəm ki, bu, həm ölkədə siyasi palitranı, həm də iştirakçılığı və məsuliyyətin bölünməsini səhmana salar”.

Murad Əhmədov/Bizim.Media
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |