Şrift:
Öyrənci fəal Arəş Məhəmmədi azadlığa buraxılıb
12.01.2013 [11:30] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı öyrənci milli-mədəni fəal Arəş Məhəmmədi 2013-cü il yanvarın 10-da Təbrizin mərkəzi zindanından şərti azadlığa buraxılıb.

Məhəmmədi 2012-ci il sentyabrın 15-də öz dosyesi barəsində məlumat almaq üçün məhkəməyə müraciət etdiyi zaman tutulub və həbs hökmünün icrası üçün Təbrizin mərkəzi zindanına intiqal edilmişdir. O, azad edilənə qədər zindanın karqah bölümündə həbs edilib.

Adını çəkdiyimiz azərbaycanlı öyrənci fəal 2011-ci noyabrın 3-də (1390-cı il abanın 12-də) Təbrizdə yerləşən öz evlərində qardaşı Siyavuş Məhəmmədi ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılmışdır. O, 66 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed