28.05.2022 [11:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Cümhuriyyətin yaranmasının ildönümüdür
M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurasının Cümhuriyyəti elan etdiyi İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur".
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.
1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub.
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.
AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
Onu da qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi ötən il 15 oktyabra qədər Respublika Günü kimi qeyd olunurdu. Həmin tarixdən sonra günün adının dəyişdirilərək 28 May Müstəqillik Günü adlandırılmasına qərar verilib. 1990-cı ildə Cümhuriyyət Gününün dövlət bayramı kimi qeyd edilməsi barədə qərar verilib. Onun üçün də hər ilin bu günü ölkədə iş günü deyil.
AXC xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Demokratik respublikamızın yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Cümhuriyyətin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı, eyni zamanda xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib.
Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə). 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Cümhuriyyətimizin üçrəngli bayrağı qəbul edilib. O zamana qədər bayrağımız qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq süquta uğradıldı. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı”nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə edib. Artıq ikinci ildir ki, bu şərəfli tarixi işğalçılardan təmizlədiyimiz Qarabağda da qeyd edirik. İndi hər birimiz bu suala da cavab axtarırıq: üçrəngli bayrağımızın separatçıların yuvasına çevrilən Xankəndində dalğalanacağı gün uzaqdamı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu istiqamətdə vaxt itirmədən lazımı addımların atılmasını vacib sayır:
“Bu dinamik prosesdir. Təbii ki, bu proseslər dayanmamalıdır. Azərbaycan öz hədəflərinə doğru gedir. Bizim ”Yol Xəritə"mizdə bir məsələ var idi ki, Azərbaycanın Müstəqillik Aktında göstərildiyi kimi ölkəmizin suverenliyi şəksizdir, Xankəndi daxil bütün ərazilərimizdə bayrağımızın dalğalanması mütləqdir. Bunlar qarşıya qoyulmuş vəzifələrdir və mütləq yerinə yetirilməlidir.
Burada Rusiyanın sülhməramlısının kölgəsində gizlənənlər maneçiliklər törədirlər. Rusiyanın iştirakı ilə əldə olunan 10 noyabr bəyanatına əməl olunmur. Hətta cəsarət edib orada başqa şüarlarla da çıxış edirlər. Düşünürəm ki, müəyyən dərəcədə taktiki gedişdə dəyişikliklər edilməli, təzyiqlər artırılmalıdır. Çünki zaman-zaman masada uğur qazanmaq istəyiriksə, hərbi yöndəki təzyiqlərlə bunu edə bilərik. 30 il ərzində hər şeyi etməyə çalışdıq. Amma istənilən nəticəni əldə edə bilmədik. Bu gün Rusiyanın Ukraynada apardığı savaş, özünün zəifləməsi, bölgədə Azərbaycan-Türkiyə tandeminin güclənməsi artıq maksimalist tələblərlə çıxış etməyimizi zəruri edir. Digər bir məsələ də azad etdiyimiz ərazilərə oradan qovulmuş türksoylu vətəndaşlarımızın qaytarılmasıdır. Bunu mütləq şəkildə təmin etmək lazımdır. Vaxtilə Xankəndidən 14 min 400-ə qədər vətəndaşımız qovulub. Biz onların həmin yerə qaytarılmalarını mütləq təmin etməliyik. Bir sözlə, bütün ərazilərimizdə mülki idarəetmənin təmin olunması yönündə fəaliyyətimizi daha da artırmalıyıq.
Nəinki Qarabağ ərazisindən, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın geri qaytarılması istiqamətində də fəaliyyət aparmalıdır. Təbii ki, gedişatdan narazı deyiləm. Amma ermənilərin arxayınçılığına son qoymaq üçün taktikanı dəyişmək lazımdır. Bayrağımız Xankəndidə dalğalanmalıdır. Ermənilər Azərbaycan vətəndaşlığını, konstitusiyamızı qəbul edəcəklərsə, hüquqlarını təmin etməliyik. Əks halda qanunlarımız qarşısında cəzalandırılmalıdırlar. Bunun başqa yolu yoxdur".

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |