Şrift:
Fərəc Quliyev:Moskva, Qars müqavilələri nə qədər əhəmiyyətlidirsə, Şuşa bəyannməsi də o qədər əhəmiyyətlidir
17.06.2022 [10:43] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
15 İyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə yanaşı həmçinin digər siyasi partiyaların nümayəndələri də iştirak etdi.

SİA partiya nümayəndələrinin konfransla bağlı fikirlərini öyrənməyə çalışıb:

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev:
““Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdim. Moskva, Qars müqavilələri nə qədər əhəmiyyətlidirsə, Şuşa bəyannməsi də o qədər əhəmiyyətlidir. Şuşa bəyannaməsində bütövlükdə Azərbaycanla bağlı çox ciddi müddəalar var. Ona görə də, bu bəyannamə Türkiyə və Azərbaycan arasındakı münasibətləri siyasi və hüquqi cəhətdən ən yüksək səviyyədə təmin olunub. “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilən beynəlxalq konfrans dünyaya mesaj idi. Azərbaycan ilə Türkiyə bir yerdədir. Bu bəyannamə Türkiyə Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə çatdıracaq və bölgədə sabitlik gətirəcək”.

Ayşən Vəli/Arzu Qurbanzadə
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed