12.01.2013 [14:30] - Gündəm, Müsahibə
MHP Qars il başqanı Yavər Özcan: “İmkansızlıq və səfalətdən ciddi əziyyət çəkən Azərbaycan türkləri Qarsdan çıxırlar”
“Qarsdakı Azərbaycan konsulluğuna dedim ki, Azərbaycan davası bütün türk dünyasının və hamımızın davasıdır. Orada istəyirik ki, demokratiya olsun, insan haqları olsun. Qarsdakı Azərbaycan türklərinin dədələrinin, nənələrinin məzarları oradadır. Hamımız oradan gəlmişik”. Bu fikirlər Milliyyətçi Hərəkat Partiyasının (MHP) Qars il başqanı Yavər Özcana məxsusdur. MHP Qars il başqanı deyir ki, irəlidəki hədəfləri Güney Azərbaycanının müstəqilliyini təmin edib, bütöv Azərbaycan projesini həyata keçirməkdir: “Ulu öndər Rəsulzadə demişdi ki, "Bir kərə yüksələn bayraq bir daha enməz!" Bundan sonra Azərbaycanın yüksələn üç rəngli bayrağını heç kəs endirə bilməz".
“Azərbaycan hökumətindən gözləntilərimiz çoxdur. İllərdir əsas problemlərdən olan məktəb problemi həll olunmaq üzrədir. Hazırda Qarsda məktəb tikilir. Buradakı konsulluq fəaliyyət göstərir amma, onlar Azərbaycan türklərinə də tam sahib çıxa bilmir. Burada yaşayan Azərbaycan türkləri pərişan vəziyyətdədir. Qars Bələdiyyə Məclisində bir neçə küçənin adının dəyişdirilməsi Bakı, Azərbaycan kimi adların verilməsi təklifini irəli sürdük. Biz istəyirik ki, Azərbaycan iş adamları buraya yatarım qoysun. Heç olmasa qardaşlarımızın işsizlik problemi bu yolla həll olunmuş olar”, - deyən Yavər bəy bildirdi ki, Azərbaycan hökumətinin türk vətəndaşları üçün viza tətbiq etməsi, PKK-nı terror təşkilatı kimi tanımaması, kürd iş adamlarına böyük dəstək verməsi onları çox sarsır: “Əvvəllər burada naxçıvanlılar çox idi. Gəlib burada çalışıb, yaşayırdılar. Bir müddət sonra Naxçıvan tərəfi öz vətəndaşlarına Türkiyə yasağı qoydu. İndi gəlib-gedən azdır. İnsanlar pərişan durumdadır. Çoxları da gələndə qul kimi işləyir. Dost-qardaş bildiyimiz, milli marşını əzbərə oxuduğumuz Azərbaycanla ilişkilərdə tam bir siyasət yürüdülməlidir. Rəhmətlik Elçibəy yaşasaydı və hakimiyyətdə olsaydı, hər iki qardaş ölkənin insanlarının vəziyyəti yaxşı olacaqdı”.
MHP il başqanı deyir ki, Qarsda ermənilərin “İnsanlıq Abidəsini”nin tikintisi tam bitməmiş Millətçi Hərəkat Partiyası onun sökülməsinə nail olub: “Bütün qərarları və söküntü işlərini MHP etdi. Azərbaycan prezidenti İlham Əliyev buna görə Qarsda Heydər Əliyev adına məktəb tikintisi ilə bağlı göstəriş verdi”.
Yavər bəy deyir ki, indi burada yaşayan ermənilər diasporları sayəsində maddi cəhətdən gücləniblər: “Mövcud Azərbaycan hakimiyyəti buradakı Azərbaycan türklərinə dəstək versə heç kim bizim qarşımızda dayana bilməz. İmkansızlıq və səfalətdən ciddi əziyyət çəkən Azərbaycan türkləri Qarsdan çıxırlar. İndi Qarsda erməni əhalisi sürətlə artır. Ermənilər diasporları sayəsində kilsələr, məktəblər, iş yerləri açırlar”.
MHP Qars il başqanı söhbət zamanı deyil ki, Azərbaycanın ən çətin vəziyyətində qardaşlarımızın yanında olmuşuq: “Azərbaycanlı qardaşlarımızın bizim ürəyimizə olan yerləri bir başqadır. Onların kommunizm dönəmində çəkdikləri çiləni görərək böyüdük biz. Azərbaycan bizim üçün müqəddəs bir torpaqdır. Çox arzu edirik ki, biz tez-tez Azərbaycana gedək-gələk. Biz buradakı Azərbaycan konsulluğundan xahiş etdik ki, Qarsda Azərbaycan gəncləri üçün "Azərbaycan Otağı" düzəldək. Onlardan kitablar, bayraqlar istədik vermədilər".
Yavər bəy söhbətin sonunda deyir ki, Bakıda olanda xalqın vəziyyətini öz gözləri ilə görüb: “Kommunizm dönəmindəki idarəetmə hələ də davam edir. Bu bizi çox üzür”.
MHP Qars keçmiş il başqanı Oqtay Aktaş: “Biz Azərbaycanla nəfəs alırıq”
“Qars əhalisinin çoxu İrəvandan köçən Azərbaycan türkləridir. Siyasi və iqtisadi cəhətdən vəziyyət burada normaldır. Hər hansı bir gərginlik yoxdur. Dövlətin demək olar ki, bütün vəzifələrində Azərbaycan türkləri vəzifədədir”. Bu fikrilər Millətçi Hərəkat Partiyasının keçmiş Qars il başqanı Oqtay Aktaşa məxsusdur.
Qarsda Azərbaycan Kültür Dərnəyinin fəaliyyəti barədə danışan O.Aktaş deyir ki, onlar ata-babadan gələn mədəniyyəti yaşatmağa çalışırlar: “Xüsusilə Novruz bayramında Azərbaycan türkləri bu milli şənliyi çox yüksək səviyyədə qeyd edir. Azərbaycan mediasını yaxından izləyirik. Ürəyimiz can Azərbaycanla döyünür. Biz irqi ayrı-seçkilik etmir, heç kəsi dışlamırıq. Bizim burada digər millətlərlə də son dərəcə gözəl münasibətlərimiz var. Tarix boyu İrəvanda, Gürcüstanda və İranda Azərbaycan türkləri hər kəslə xoş münasibətdə olub. Qarsda da bu ənənə davam edir. Burada toylarda belə Azərbaycan mahnıları çalınır”.
Qarsda Azərbaycan Konsulluğunun fəaliyyətinə də toxunan O.Aktaş deyir ki, konsulluq burada yaşayan Azərbaycan türklərinə hər zaman sahib çıxıb: “Onlar ümumxalq hüzn günlərində, bayramlarda kütləvi tədbirlər keçirir, Azərbaycanlı qardaşlarımızı biraraya gətirilər. Keçmiş konsul Həsən bəyin fəaliyyəti olduqca yaxşı idi. İndiki konsulla da bizim münasibətimiz yaxşıdır. Biz Türkiyə vətəndaşıyıq, azəri türküyük. Konsulluq bizə əlindən gələn bütün yardımı etməyə çalışır. Qurban bayramında, Novruz bayramında konsulluq kasıb azəri türklərinə müxtəlif formada yardımlar edir. Qarsda Azərbaycan bayrağının dalğalanması ilə fəxr edirik. Biz Azərbaycanla nəfəs alırıq”.
Oqtay Aktaş deyir ki, Qarsdakı erməni “İnsanlıq Abidəsini” sökdürən o olub: “Məhkəmə yolu ilə həmin abidəni sökdürmüşəm. Məhkəmə bununla bağlı dörd dəfə qərar verib. Bizim buradakı Azərbaycan mücadiləmiz davam edir”.
Fərahim İLQAROĞLU
Türkiyə-Kars

Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |