05.07.2022 [18:09] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Məlum olduğu kimi, Özbəkistan Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda nümayişlər baş qaldırıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.
Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıb. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur. Prezident Şövkət Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Eyni zamanda Prezident Mirziyoyev Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Bəzi ekspertlər hesab edir ki, Özbəkistan məsələsinin kökü 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi.
Özbəkistanda iğtişaşların baş qaldırmasını bu amillərlə izah etmək olarmı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Özbəkistanda baş verən hadisələr Rusiyanın zamanında basdırdığı “mina”ların partlamasının nəticəsidir: “Rusiya postsovet məkanının hər yerində belə “mina”lar basdırıb. Çərçivə yavaş-yavaş daralacaq. Hesab edirəm ki, hətta Rusiyanın öz daxilindəki etnoslar arasında münaqişələr baş qaldıracaq. Çeçenistanla müharibə zamanı biz bunu çeçenlərlə inquşlar arasında müşahidə etdik. Mən Özbəkistanın müstəqillik xəttində ciddi şəkildə mövqe ortaya qoymasından sonra hansısa hadisələrin baş verəcəyini gözləyirdim. Amma bunun nəticə verəcəyi inandırıcı deyil. Rusiyanın silah-sürsatı, ordusu kimi onun şəbəkələri də çöküb. Onların əvvəlki əlaqələri qalmır. Hətta Ukrayna ilə bağlı Putini inandırmışdılar ki, onları gül-çiçəklə qarşılayacaqlar. Hesab edirəm ki, Özbəkistan son dönəmlərdə müttəfiqlik münasibətləri qurduğu ölkələrlə birlikdə bütün bu məsələləri aradan qaldıracaq. Amma Rusiya da tezliklə geri çəkilməyəcək. Mən də son hadisələri Özbəkistanın tutduğu siyasi xətlə əlaqələndirirəm. Baş verənlərdə Rusiyanın əli olduğunu iddia edirəm. Onlar bu ssenarini müxtəlif ölkələrdə tətbiq ediblər”.
İğtişaşın baş qaldırdığı Qaraqalpaq bölgəsi Özbəkistan ərazisinin 40%-ni əhatə edir, cəmi 1,8 mln. əhalisi var. Yeni Konstitutsiya dəyişikliyində Qaraqalpaq Respublikasının referendum yolu ilə müstəqil olması və başqa dövlətə birləşməsi maddəsinin çıxarılması istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı, çünki köhnə maddələr Rusiyaya Özbəkistana daim təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qaraqalpaqdan alınmalıdlr, çünki bu, Özbəkistan üçün vacibdir.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |