Şrift:
İbrahim Rəisi məmurları hicabsızlığa qarşı sərt tədbirlər görməyə çağırdı
06.07.2022 [07:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, hicabsızlığın İran düşmənlərinin məqsədli şəkildə ölkənin dini və mənəvi dəyərlərinin təməllərini sarsıtmaq üçün təbliğ olunduğunu, bunun üçün yüksək məbləğdə sərmayə yatırıldığını iddia edib.

"Bu mütəşəkkil və geniş yayılmış hücuma qarşı zəruri və qabaqlayıcı tədbirlər görülməli, məsul qurumlar bu sahədə sistemli və ardıcıl addımlar atmalıdırlar"-deyə, Rəisi xaricdən yayılan televizya verilişləri və sosial medianın düşmən məqsədlərinə xidmət etdiyini deyib.

Qeyd edək ki, İranın böyük şəhərlərindən gələn məlumatlara görə, küçələrdə nəzarətçi patrullar keçmişlə müqayisədə xeyli artıb.

Virtual məkanda istifadəçilər məmurların, əxlaq polislərinin yersiz iradlarına qarşı necə davranmaq, onları hansı yolla zərərsizləşdirmək barədə təcrübələrini qeyd ediblər.
Sosial mediada keçirilən müzakirələrdə bildirirlir ki, hökumət əhalinin diqqətinin əsas sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.
Bu xəbər oxucular tərəfindən 2107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed