Şrift:
Üç ayın əsgərini döyərək öldürüblər.
12.01.2013 [14:40] - Hadisə
Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.

Mərhumun yaxınları meyitin morqda lentə alınmış görüntülərini də bizə təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.
Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubadov 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.
Hadisə ilə bağlı mərhumun anasının danışdıqlarından ibarət reportajı “Azadlıq”ın 10 yanvar sayında oxuya biləcəksiniz.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed