Şrift:
20 YANVAR FACİƏSİ BELÇİKADA ANILACAQ
12.01.2013 [14:45] - Diaspor
Belçikada yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı tədbir keçirməyi planlaşdırır.

Bu barədə Belçikadakı dostların göndərdiyi məlumatda deyilir: "Bildiyiniz kimi, qarşıdan 1990-cı ilin 20 yanvarda sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının ildönümü gəlir. Biz də Belçika Azərbaycanlıları Cəmiyyəti olaraq faciəmizi anmaq və beynəlxalq qurumların və avropa ictimaiətinin diqqətinə çatdırmaq üçün konfrans düzənləməyi qərara aldıq.
“20 Yanvar Azərbaycan xalqının qanlı və şərəfli tarixidir” mövzusunda konfrans keçirəcəyik. Konfransda 20 Yanvara faciəsini əks etdirən filmin ingilis dilində nümayişi olacaq , müxtəlif çıxışlar, olacaq. Bundan başqa, konfransa Avropa Parlamentinin, Avropa İttifaqının, bir sıra xarici diplomatik korpusların nümayəndələri, Belçikada yaşayan azərbaycanlılar, yerli belçikalıların da iştirakı gözlənilir. Tədbirdən sonra 20 yanvarda həlak olmuş soydaşlarımızın xatirəsinə çay və kofe süfrəsi də təşkil ediləcəkdir.
Konfrans Belçikanın paytaxtı Brüsseldə yerləşən Hotel Bloomun toplantısalonunda keiriləcək".
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed