08.07.2022 [06:14] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal klubunun rəqibləri müəyyənləşib. Təmsilçimiz “Mostar” komandası, həmçinin ilkin mərhələdə D və F qrupunun qalibi ilə birgə 5-ci qrupda yer alacaq. Oyunlar oktyabrın 25-30-da Bosniya və Herseqovinada təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio da Silva püşkü dəyərləndirib. O bildirib ki, D qrupuna diqqət yetirdikdə, Serbiya çempionunun komandanın rəqibi olması ehtimalını yüksək qiymətləndirir. “F qrupuna gəldikdə, üstünlüyü Gürcüstan çempionuna verirəm. “Mostar” komandası isə doğma meydanda oynayacaq. Onları yaxşı tanıyıram, bir neçə dəfə rəqib olmuşuq. Oyun çətin keçəcək. Onların da təcrübəli heyəti var və bir neçə ildir öz ölkəsinin çempionu olurlar. Əlbəttə, çətin qrupda yer almışıq. Bu qrupdan cəmi bir komanda elit-raunda yüksələcək", - deyə baş məşqçi qeyd edib.
Komandasının yaxşı hazırlıq keçə bilməsi, oyunlara tam hazır olması üçün kifayət qədər vaxtlarının olduğunu bildirən Joze Alesio da Silva deyib: “Rəqiblərimizi yaxşı analiz edəcəyik. Serbiya və Gürcüstan təmsilçisi haqda ətraflı məlumatım yoxdur. Həm də onlar favorit olsalar da, biz ilkin mərhələnin yekununu gözləməliyik. Yenə deyirəm, vacib olan bizim hazırlığımızdır. Buna da maksimum dərəcədə nail olmağa çalışacağıq. Heyətimizi gücləndirmək istiqamətində işlər görülür. Təəssüf ki, bu mərhələnin oyunlarında Felipinyo bizə kömək edə bilməyəcək”.

Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |