08.07.2022 [06:16] - Gündəm, İdman
Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. Altıncı qrupda qərarlaşan Azərbaycan millisi elit-raunda yüksəlmək üçün Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
Püşkü dəyərləndirən millimizin baş məşqçisi Joze Alesio da Silva bildirib ki, hazırda komandaların hamısı güclənib, iddiaları artıb. Millimiz Yunanıstan komandası ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəlib. Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynayıb. Klub səviyyəsində duel uğursuz alınsa da, millimizin iki görüşündə də qələbə qazanılıb. Baş məşqçi diqqətə çatdırıb ki, onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Millimiz də bu komanda haqda məlumatlıdır.
Braziliyalı mütəxəssis vurğulayıb ki, Yunanıstan millisinin baş məşqçisi Giannis Ziavas uzun müddətdir bu vəzifəni icra edir. O, həm də millinin özəyini təşkil edən AEK klubunu da çalışdırır. “Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalardan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub - elit-raunda yüksəlməliyik”, - deyə Joze Alesio da Silva qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |