12.01.2013 [14:53] - Gündəm, Sosial
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərinin pilot layihəsi yanvarın 15-dən tam fəaliyyətə başlayacaq. Mərkəz hələlik yalnız Bakının Nərimanov və Nəsimi rayonlarının sakinlərinə Həsən Əliyev küçəsi, 36 ünvanında xidmət göstərəcək. Bir müddət sonra isə qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar bu xidmətdən yararlana biləcəklər. Bu ilin birinci yarısında "ASAN Xidmət" mərkəzlərinin Bakının bütün rayonlarında və Sumqayıtda fəaliyyətə başlaması nəzərdə tutulur. Sonrakı mərhələdə isə digər rayonlarda da "ASAN Xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır. "ASAN Xidmət" mərkəzlərində hansı xidmətlər göstəriləcək? Kimlər sözügedən mərkəzə necə müraciət edə bilər? Mərkəz yeni yarandığından sualların da sayı çoxdur. Suallarımıza aydınlıq gətirmək üçün məlumatların böyük bir qismini “ASAN xidmət” mərkəzinin yenicə fəaliyyətə başlayan saytından (www.asan.gov.az) əldə etdik.
"ASAN xidmət" mərkəzlərinin əsas məqsədi vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə edilməsinə, “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasına nail olmaqdır. Bir sözlə, xidmət operativ və şəffaf həyata keçirilməli, vətəndaş-məmur arasında etik davranış qaydalarına ciddi əməl edilməli, vəzifələrin icrasına məsuliyyətlə yanaşılmalı və xidmətdən yararlanan vətəndaşın maksimum rahatlığı təmin edilməlidir. Sadə bir misal: Heç bir yerə getmədən İnternetlə tələb olunan sənədləri “ASAN xidmət”in ünvanına yollamaq və müvafiq dövlət rüsumunu ödəməklə şəxsiyyət vəsiqəsini ala bilərsiniz. Vəsiqə bəlli müddətdə hazır olanda “ASAN xidmət”dən zəng edib, yaxud mobil telefonunuza mesaj atmaqla sizə vəsiqənizi götürə biləcəyinizi deyəcəklər. Əgər vəsiqəni götürmək üçün “ASAN xidmət” mərkəzinə getməyə zamanınız yoxdursa, bu halda yenə də çıxış yolu var. “ASAN xidmət”in ödənişli səyyar xidmətindən istifadə etməklə şəxsiyyət vəsiqəniz evinizə, yaxud iş yerinizə çatdırıla bilər. İndi isə baxaq görək, “ASAN xidmət” mərkəzlərində hansı xidmətlərdən yararlana bilərik.
“ASAN xidmət” mərkəzlərində vətəndaşlar 9 dövlət orqanının (Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə komitələri, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi) 23 xidmətinə çıxış imkanı əldə edəcəklər. Mərkəzlərdə xidmətlər dörd istiqamətdə göstəriləcək: birbaşa (yerində) xidmət, özünəxidmət, “Çağrı” mərkəzi və səyyar xidmətlər. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin ediləcək:
- vətəndaşlıq vəziyyəti aktlarının (VVA) dövlət qeydiyyatı - doğumun, ölümün, nikahın, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, VVA-nın dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı - yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi və daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi,
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Xidmət bazar günləri də işləyəcək
“ASAN xidmət” mərkəzləri yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir. Yəni, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaş Azərbaycanın istənilən bölgəsində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yuxarıda sadaladığımız məsələləri həll edə bilərlər. Bu zaman müraciətlər birbaşa olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən qəbul olunur.
“ASAN xidmət” mərkəzlərində problemlərini həll etmək istəyən vətəndaşlar mərkəzə gəlmədən internet (www.asan.gov.az saytının “Onlayn növbə” bölməsindən) və ya telefon vasitəsilə (108 – “Çağrı” mərkəzi) də növbə tuta bilər. Hətta respublikanın istənilən regionundan ödənişsiz olaraq stasionar (ev, iş) telefonlardan birbaşa “108” nömrəsini yığmaqla vətəndaş mərkəzə gəlmədən bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat da ala bilər.
Qeyd edək ki, “Çağrı” mərkəzi və “onlayn növbə” sistemi “ASAN xidmər” fəaliyyətə başlayandan sonra aktivləşəcək.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət istiqamətlərindən biri də özünəxidmətdir. Özünəxidmət dedikdə mərkəzlərdə daim internetə açıq olan kompyuterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur. Kompyuteri olmayan vətəndaşlar mövcud elektron xidmətlərdən yararlanmaq üçün “ASAN xidmət” mərkəzlərinə gəlib daim internetə açıq kompyuterlərdən istifadə edə bilərlər. Həmçinin dövlət orqanlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara “ASAN xidmət” əməkdaşlarına kömək üçün müraciət etmək imkanları yaradılacaq.
“ASAN xidmət”də hər hansı problemlə, məsələn, rüşvət, süründürməçilik, etik qaydaları aşma, qərəzli münasibətlə qarşılaşma, xidmətlə əlaqədar tam informasiya verilməməsi və s. ilə qarşılaşan vətəndaşlar elə “ASAN xidmət”ə şikayət edə bilərlər. Bunun üçün www.asan.gov.az saytında “müraciət göndər” bölümünə girə və orada şikayətlərinizi qeyd edə bilərsiniz. Şikayətiniz sübut olunarsa, bu zaman "ASAN Xidmət" mərkəzlərinin işçiləri barəsində qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülə bilər.
Qeyd edək ki, mərkəzdə 62 videomüşahidə kamerası və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılıb. Binada əlil vətəndaşlar üçün də bütün zəruri şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulub və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilib
Mərkəz quraşdırılmış data-mərkəzin digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası təmin edilib. Bu da, xidmətlərin göstərilməsi üçün tələb olunan müvafiq sənədləri vətəndaşdan tələb etmədən, həmin sənədlər barədə informasiyanın dövlət orqanlarının məlumat bazaları vasitəsilə əldə edilməsinə imkan verir.
Qeyd edək ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və "ASAN xidmət" mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı ölkə prezidenti İlham Əliyev ötən ilin 13 iyul və 5 sentyabr tarixlərində fərman imzalayıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlar olacaq.
Aytən İsaqızı

Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |