Şrift:
Yaponiyanın sabiq Baş nazirinə hücum edilib
08.07.2022 [06:34] - Xəbərlər, Siyasət
İyulun 8-də Yaponiyanın şərqində yerləşən Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə hücum edilib.

Yaponiya KİV-inə istinadla xəbər verir ki, yerli vaxtla saat 11:30-da baş verən hadisə zamanı NHK telekanalının müxbiri atəş səsinə oxşar səs eşitdiyini, bundan sonra Şinzo Abenin yıxıldığını bildirib.

Hadisə zamanı Ş.Abenin iyulun 10-da parlamentə keçiriləcək seçkilərlə bağlı seçicilər qarşısında çıxış etdiyi qeyd olunur. Sabiq Baş nazirin xəstəxanaya yerləşdiyi bildirilir.

Kyodo agentliyi Ş.Abeyə arxadan atəş açan şəxsin Yaponiya polisi tərəfindən saxlandığı və hazırda hadisənin təfərrüatlarının araşdırıldığı barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed