Şrift:
Azərbaycan ABŞ-da keçirilən 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb
13.07.2022 [06:46] - Gündəm, İdman
Azərbaycan ABŞ-ın Birmingem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında ilk medalını qazanıb.

Aerobika üzrə millimiz “dens” kateqoriyasında təsnifat mərhələsində 16,950 xalla 4-cü olub və finala yüksəlib.

Xədicə Quliyeva, Mədinə Mustafayeva, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, İmran İmranov, Rauf Hacıyev, Sənan Mahmudlu, Nigar Mircəlali, Nəzrin Mustafayeva və Auxan Əhmədlidən ibarət kollektiv həlledici mərhələdə 17,250 xallıq nəticə ilə üçüncü olub və bürünc medal qazanıb.

Macarıstan komandası qızıl, Rumıniya kollektivi isə gümüş medala sahib olublar.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed