14.07.2022 [06:17] - Gündəm, Sosial
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Gəncə şəhər “İmamzadə” ziyarətgah məscidi Dini İcması və Samux rayon Samux şəhər Müsəlmanları Dini İcmasının təşkilatçılığı ilə Gəncə şəhərində və Samux rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə tədbir təşkil edilib.
DQİDK-nın Gəncə bölgəsindən verilən məlumata görə, Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayan mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə QMİ-nin qazilər şurasının üzvü Hacı Tahir Abbasov, Samux şəhər Müsəlmanları Dini İcmasının sədri İlham Məmmədov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbə müdirinin müavini Elmar Fətəliyev, şöbənin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə hazırlanan alış-veriş kartları Gəncə şəhəri və Samux rayonundan olan şəhid ailələrinə təqdim edilib.

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |