14.07.2022 [06:27] - Gündəm, İqtisadiyyat
Beyləqanda innovativ texnologiya qaydalarına uyğun olaraq əkilən çuğundur sahəsində tarla görüşü təşkil olunub. Alim, mütəxəssis, fermerlər bir araya gələrək əldə olunan nəticələr barədə fikir mübadiləsi aparıb.
Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən fermerlərlə mütəmadi olaraq tarla görüşləri təşkil olunur. Növbəti belə tədbir Beyləqanda innovativ texnologiya əsasında əkilən çuğundur sahəsində gerçəkləşib. Görüşdə Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya mərkəzinin rəisi Ceyhun İbrahimov və nümayəndələr, institutun alimləri, fermerlər və mütəxəssislər iştirak edib. İnnovativ texnologiya əsasında 10 hektar sahədə əkilən çuğundur sahəsinə baxış keçirilib. Bitki inkişafı, həmçinin sahəyə verilən gübrə və suvarma işləri barədə söhbətlər aparılıb. Həmçinin sahədə bitkiyə ziyan vura biləcək zərərvericilərə qarşı mübarizə tədbirləri barədə fermerlərə məlumat verilib. Eyni zamanda, çuğundur sahələrinin yerində növbəlilik prinsipinə uyğun olaraq taxılın əkilməsinin əhəmiyyəti barədə söhbətlər aparılıb. Görüş zamanı əkinçilikdə elmi əsaslara söykənən innovativ texnologiyaların tətbiqi və onun əhəmiyyəti barədə fermerlər məlumatlandırılıb. Bildirilib ki, əkinçilik də bol məhsul öncə torpaq işlərindən başlanılır. Həmçinin bitkiyə normaya uyğun olaraq yemləmə gübrələrinin verilməsi, zərərvericilərə qarşı effektiv mübarizə və ən əsasında bitkinin vaxtında suvarılması əsas şərtlərdir. Tarla görüşü zamanı fermerlərin qarşılaşdığı çətinliklər və onların həlli istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Həmçinin fermerləri maraqlandıran suallar cavablandırılıb

Bu xəbər oxucular tərəfindən 1185 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |