14.07.2022 [06:30] - Gündəm, Mədəniyyət
Naxçıvan Muxtar Respublikası ərazisində aparılan araşdırmalar zamanı Ordubad və Şərur rayonları ərazisindən Alt Paleolit dövrünə aid əmək alətlərinin aşkar olunması bu diyarda ilk insan məskənlərinin 2 milyon 500 min il bundan əvvəl yarandığını təsdiq edib.
2022-ci ilin arxeoloji axtarışları zamanı Şahbuz rayonu ərazisindəki Qanlıgöl ətrafında yerləşən Osmantəpə yaşayış yerindən Alt Paleolit dövrünə aid yeni əmək aləti aşkar olunub.
Arxeoloji tədqiqatların müəllifi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdən aldığımız məlumata görə, Aşel dövrünə (təqribən, 500-300 min il bundan əvvəl) aid əl çapacağı obsidiandan hazırlanıb və hər iki üzdən qəlpələnərək işlənib. Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən Osmantəpədə Neolit dövründən məskunlaşmanın olması artıq karbon analizlərlə təsdiq edilib. Yaşayış yerindən aşkar olan mikrolitlərin Mezolit dövrünə aid olması ilə bağlı fikirlər söylənsə də, bəzi mütəxəssislər bu fikrə bir qədər şübhə ilə yanaşırdılar. Yeni tapılan əmək aləti yaşayış yerində daha qədim dövrdən – Alt Paleolit dövründən məskunlaşma olduğunu təsdiq edir.
Yaşayış yerində daşdan hazırlanmış digər əmək alətləri də aşkar olunub. Bu isə Osmantəpə yaşayış yerinin Daş dövrünə aid düşərgə olduğunu deməyə əsas verir.
Yeni tapıntılar Alt Paleolit dövründə insanların yalnız mağaralarda deyil, açıq düşərgələrdə də məskunlaşdığını təsdiq edir. Yaşayış yerinin araşdırılması yeni tapıntıların aşkar olunması ilə nəticələnə bilər.

Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |