15.07.2022 [05:54] - Gündəm, Sosial
Böyük Britaniyada dəmir yolu işçiləri yenidən tətil edəcəklərini açıqlayıb
Milli Dəmir yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı maaşlarla bağlı danışıqlardakı çıxılmaz vəziyyətə görə iyulun 30-da birgünlük tətil edəcələrini bildiriblər.
“Network Rail”in bu il və gələn il maaşların 4 faiz artırılması təklifindən sonra verilən tətil qərarı haqqında danışan Həmkarlar İttifaqının baş katibi Mik Linç təklifin işçilər üçün əhəmiyyətsiz məbləğ olduğunu söyləyib. İşdən çıxarılmaların qarşısını almaq, əmək və təqaüd şərtlərini yaxşılaşdırmaq istəyən Həmkarlar İttifaqı bu il 11 faizə çatması gözlənilən inflyasiya səbəbindən artan yaşayış xərclərini kompensasiya etmək üçün maaşlarda ən azı 7 faiz artım tələb edir.
Qeyd edək ki, dəmir yolu işçiləri iyunun 23-25-də ölkə daxilində son 30 ilin ən böyük tətilini keçiriblər.

Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |