Şrift:
Yaponiyada milli valyutanın məzənnəsi son 24 ilin ən aşağı həddinə düşüb
15.07.2022 [06:06] - Gündəm, İqtisadiyyat
İyulun 14-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Tokioda keçirilən hərraclarda 1998-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Belə ki, həmin gün Tokio Fond Birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 139,09 – 139,11 yenə təklif olunub.

Buna səbəb ABŞ-da istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artması göstərilir. Nəticədə, investorlarda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin bundan sonra da artacağı, Yaponiyada isə milli tənzimləyicinin baza dərəcələrini minus səviyyəsində saxlamqda davam edəcəyi barədə narahatlıq yaranıb. Buna görə də onlar aktivlərin yapon yeni ilə deyil, dollarla saxlanmasına üstünlük verməyə başlayıblar.

Bu siyasətin xaricdən idxal edilən malların dəyərinin artmasına və inflyasiyaya səbəb olacağı barədə tənqidi fikirlərə baxmayaraq, Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda bu siyasətin davam edəcəyini bildirib. Əlavə edib ki, milli valyutanın məzənnəsi heç də əsas göstərici deyil.
Bu xəbər oxucular tərəfindən 1355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed