15.07.2022 [06:15] - Gündəm, İdman
Atletika üzrə növbəti dünya çempionatı 2025-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.
Bu barədə qərar Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası Şurasının (World Athletics) ABŞ-ın Oreqon ştatında iyulun 14-də keçirilən iclasında qəbul edilib. Yaponiya bu beynəlxalq tədbiri artıq üçüncü dəfə təşkil edəcək.
Yaponiya Yüngül Atletika Federasiyaları Assosiasiyası həmin yarışa ev sahibliyi etmək üçün ötən il müraciət edib. Yarışların Tokiodakı Milli Olimpiya Stadionunda təşkil olunacağı qeyd olunur.
Yüngül atletika üzrə beynəlxalq təşkilatın inspektorlarının cari ilin mayında stadionda olduqları bildirilir. Yaponiya İdman Agentliyinin komissarı Murofuşi Kozi və Tokionun qubernatoru Koike Yuriko onlara yarışların təşkili üçün həmin obyekti tövsiyə ediblər.
Yaponiya Yüngül Atletika Federasiyaları Assosiasiyasının sədri Oqara Mitsuqi 2025-cil il dünya çempionatı üçün Yaponiyanın seçilməsini qürurverici hadisə adlandırıb. O.Mitsuqi həm idmançıların, həm də onları müşayiət edən digər şəxslərin azarkeşlərlə dolu stadiondan zövq alacaqlarını bildirib.
Xatırladaq ki, Yaponiya analoji yarışı 1991-ci ildə Tokioda və 2007-ci ildə isə Osakada qəbul edib

Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |