18.07.2022 [06:21] - Xəbərlər, Siyasət
ABŞ dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təqdir edib.
İyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Baş tutmuş görüşlə əlaqədar, ABŞ dövlət katibi Entoni Blinkin tviter hesabında nazirlərin görüşünü “müsbət atdım adlandırıb” və dialoqun Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yolu olduğunu bildirib.

Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |