Şrift:
Əsgərimizin vəfatı ilə bağlı SHMQ ölkə ictimaiyyətinə çağırış etdi.!
12.01.2013 [20:38] - Sosial
Azad İskəndərli: “Gəlin, qaş düzəltdiyimiz yerdə göz vurub çıxarmayaq. Bu hadisədən bəhrələnən, sui-istifadə edənlərə rəvac verməyək.”

Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasınıdəyişməsi barədə məlumat yayılıb.

Əsgərin anası Samirə xanım isə “Azadlıq” qəzetinə açıqlamasında oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını da qəzetə təqdim ediblər. Həmin fotolarda əsgərin meyitinin üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Sosialxeber.org-a Sosial Hüquqların Monitorinq Qrupunun mətbuat xidmətindən daxil olan məlumata görə hadisə ilə bağlı SHMQ-yə üzv olan təşkilatlar bu gün toplantı keçirib. Toplantıda SHMQ bəyanat yayıb. Bəyanatı SHMQ koordinatoru Azad İskəndərli oxuyub:

“Əsgərin döyülüb-döyülməməyi barədə təbii ki, istintaq açıqlama verəcək.!
Amma bizim tələbimiz bəzi “Üzdəniraq” insanlar və qurumlardan odur ki, fürsətdən istifadə edərək Dövlətimizi və Ordumuzu beynəlxalq aləmdə gözdən salmağa xidmət edən təşəbbüslərdə bulunmasınlar, Millətimizə və Dövlətimizə qarşı olan düşmən qüvvələrin dəyirmanına su tökməsinlər. Əks təqdirdə Ölkə ictimaiyyəti olaraq və Millət olaraq bizi qarşılarında görəcəklər.

Dünyasını dəyişən əsgər bizim övladımız, qardaşımız, canımızdır. Biz də Respublika Baş Prokurorluğuna və hərbi prokurorluğa rəsmi müraciət etmişik. Tez bir zamanda olay araşdırılsın və ölkə ictimaiyyətinə açıqlamalar verilsin. Əyər əsgərimizin ölümündə cinayət tərkibi varsa cinayətkarlar Azərbaycan Qanunvericiliyinin icazə verdiyi ən ağır cəzaya məhkum olunsunlar.!

Çox Hörmətli qardaş və bacılar! Gəlin, qaş düzəltdiyimiz yerdə göz vurub çıxarmayaq. Bu hadisədən bəhrələnən, sui-istifadə edənlərə rəvac verməyək. Biz cinayət varsa, konkret olaraq cinayətkarların cəzalandırılmasını və kimliyindən asılı olmayaraq istefasını tələb edək”.!

"Əsgərimizə Allahdan rəhmət və ailəsinə səbr diləyirik. Vətən, başın sağ olsun.!"
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed