Şrift:
Astara rayonunda tərəvəz yığımı davam edir
19.07.2022 [06:27] - Gündəm, İqtisadiyyat
Bu il Astara rayonunun əkinçiləri 1943,8 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 667 hektar sahənin məhsulu yığılıb, 7509 ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 231,6 ton və ya 3,2 faiz çoxdur. Hər hektardan orta məhsuldarlıq 112,6 sentner təşkil edir.

Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov bildirib ki, mövsümün əvvəlindən indiyədək rayonda 840,6 ton kələm, 2151,8 ton xiyar, 527,3 ton pomidor, 2310,8 ton baş soğan, 1213,5 ton sarımsaq, 465 ton sair tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof yığımı da davam edir. Əkinçilər indiyədək sahələrdən 6273 ton kartof yığıblar. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 171,4 ton və ya 2,8 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed