19.07.2022 [06:46] - Xəbərlər, Mədəniyyət
Moskvada ADM-DJEK kinostudiyasında Yeltsin Mərkəzinin dəstəyi ilə “Çingiz Aytmatov – Doğan günəş” adlı film çəkilib. Filmdə ulu öndər Heydər Əliyev haqqında danışılıb.
Ekran işinin ssenari müəllifləri Aleksey Şipulin və Qriqoriy Naxapetovdur. Q.Naxapetovun rejissorluğu ilə çəkilən filmin mətnini Aleksandr Drozdov oxuyub.
Qeyd edək ki, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov İli” elan olunmuşdu. Elə həmin il dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinə Bakıda start verilmişdi. Həmin vaxt birinci və axırıncı yubiley tədbiri Bakıda keçirilib. Prezident İlham Əliyev o vaxt Çingiz Aytmatovla birlikdə səfərin təşkilatçısı və Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədovu qəbul edərək, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etmişdi.
Həmin ilin mayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında ulu öndər Heydər Əliyevin 85 illik yubileyi təntənəli şəkildə keçirilib. Tədbirdə çıxış edən Çingiz Aytmatov ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də çox böyük nüfuza malik siyasi xadim olduğunu diqqətə çatdırmışdı. Yubiley tədbiri Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun təşkilatçılığı ilə keçirilmişdi.
Qeyd edək ki, "Çingiz Aytmatov – Doğan günəş" adlı filmdə Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.

Bu xəbər oxucular tərəfindən 1335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |