14.01.2013 [09:50] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində öyrənci fəal yanvarın 13-də həbs edilib.
Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən yerli vaxtla saat 16:00-da tutulan Əmir Çəməninin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, daha öncə də həbs edilən Ə. Çəməni hökumət əleyhinə təbliğat aparmaqla, İranın ali dini liderini və prezidentini təhqir etməklə ittiham olunub.
50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb.Ə. Çəməni 9 ay 1 gün həbs və 40 zərbə şallaq cəzasına məhkum edilib.

Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |