Şrift:
“Təhsil” Respublika İdman Mərkəzinin güləşçiləri Avropa çempionatında yüksək nəticələr göstəriblər
20.07.2022 [06:12] - Gündəm, İdman
Xorvatiyanın Zaqreb şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə (U-15) yeniyetmələr arasında keçirilən Avropa çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) yetirmələri uğurla çıxış ediblər

sərbəst güləş üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan mərkəzin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Səid Paşayev (85 kq), Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Məhərrəm Rzayev (38 kq) və Rəvan Rəhimli (48 kq) birinci yeri tutublar. Həmin məktəbin idmançısı Həsən Həsənov (41 kq) ikinci, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Fərhad Süleymanlı (85 kq), 5 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Məhəmməd Abbaszadə (62 kq) üçüncü yerləri tutublar.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının tərkibində yarışa qatılan “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Əli Sucayev (38 kq), 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Tural Daşdəmirov (41 kq), 9 nömrəli uşaq-gənclər idman məktəbinin təmsilçisi Emil Abdullayev (62 kq) qalib adını qazanıblar. Lənkəran şəhər uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Orxan Hacıyev (75 kq) ikinci, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Elnur Hüseynov (68 kq) və 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Cavad Məmmədov üçüncü yerə sahib olublar.

Qeyd edək ki, uşaq-gənclər idman məktəblərindən Azərbaycan milli komandasına cəlb olunan 12 idmançının hamısı Avropa çempionatının mükafatçısı olub.
Bu xəbər oxucular tərəfindən 2021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed