20.07.2022 [06:27] - Gündəm, İqtisadiyyat
Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri davam etdirilir, küçələr yenidən qurulur.
İlin əvvəlindən şəhərin Əli İsmayılov, Teymur Rəhimov, Molla Pənah Vaqif küçələri əsaslı təmir edilib, Mübariz İbrahimov küçəsində asfaltlanma işləri aparılıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində səki kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
Hazırda şəhərin Nəsimi və Vasif Hüseynov küçələri əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəzlənir, aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, elektrik, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Bu xəbər oxucular tərəfindən 1321 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |