Şrift:
Vladimir Putin Ukraynadan taxıl ixracı üçün şərtlərini açıqlayıb
20.07.2022 [06:40] - Gündəm, İqtisadiyyat
Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynadan ərzaq ixracına imkan yaratması üçün Rusiyadan taxıl tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib

“Le Monde” qəzetinə istinadla xəbər verir ki, Vladimir Putin bu barədə çərşənbə axşamı günü İranda səfərdə olarkən deyib.

“Biz Ukrayna taxılının ixracını asanlaşdıra bilərik, lakin Rusiya taxılının tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılmalıdır”, - deyə Rusiya Prezidenti Tehranda İran və Türkiyə prezidentləri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

ABŞ-ın Rusiya gübrəsinin dünya bazarlarına tədarükü ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını xatırladan Vladimir Putin beynəlxalq ərzaq bazarlarında vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya taxılının da tədarükünə icazə verilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və digər ölkələr Moskvaya qarşı tətbiq olunan sanksiyaların ərzaq məhsullarına şamil edilmədiyini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed