Şrift:
Koronavirusla mübarizədə iştirak edənlərə mart və aprel ayları üzrə 4,3 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib
20.07.2022 [06:42] - Gündəm, Sosial
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin mart və aprel ayları üzrə 4,3 milyon manatdan çox müddətli əlavə və mükafat ödənili

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci ilin mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına və saatına mütənasib olaraq təxminən 3,8 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 0,5 milyon manatdan çox müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin mart və aprel ayları üzrə iş vaxtına və saatına mütənasib olaraq 1466,40 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, mart və aprel ayları üzrə 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən mart və aprel ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 229 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il iyulun 1-dək uzadılıb.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed