21.07.2022 [05:33] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Gürol Sökmensüerin diplomatik fəaliyyətinin başa çatması münasibətilə Azərbaycanın Moldovadakı səfirliyində bu ölkədə akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə vida ziyafəti təşkil edilib.
Tədbirdə iştirak edən Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilk öncə səfirliyimizin önündə ucaldılan Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, ümummilli lider Heydər Əliyevə öz ehtiram və hörmətini bildirib.
Tədbir çərçivəsində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qardaş Türkiyənin Moldovadakı səfirinin bu ölkədə fəaliyyəti barədə danışaraq diplomatik nümayəndəliklərin rəhbərlərini Azərbaycan səfirliyinin binasında qəbul etməkdən məmnun olduğunu bildirib. Səfir, həmçinin Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskuya səfirliyimizi ziyarət etdiyi üçün təşəkkürünü çatdırıb.
“Azərbaycan-Türkiyə qardaşlığı, birliyi bütün dünya ölkələri üçün örnəkdir. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəp Tayyib Ərdoğanın birgə səyi nəticəsində bu birliyimiz daha da güclənib”, - deyə Qüdsi Osmanov əlavə edib.
Tədbirdə çıxış edən Niku Popesku Moldova-Türkiyə münasibətlərinə toxunub, onların yüksək səviyyədə olduğunu və burada səfir Gürol Sökmensüerin böyük əməyini vurğulayıb. Nazir, həmçinin Azərbaycan tərəfinə tədbirin təşkili üçün minnətdarlığını çatdırıb. Sonra səfir G.Sökmensüerə xatirə hədiyyəsi təqdim olunub.
Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer tədbirin Azərbaycan səfirliyində təşkil olunmasına görə həmkarı Qüdsi Osmanova təşəkkürünü bildirib. O Moldovada çalışdığı müddətdə həyata keçirilən layihələrdən söz açaraq xarici ölkələrin səfirlərinə öz ehtiramını çatdırıb.
Sonra qonaqlar səfirliyimizdə onların şərəfinə təşkil olunmuş Azərbaycanın milli mətbəxinin təamlarını dadıblar.

Bu xəbər oxucular tərəfindən 2668 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |