Şrift:
Lloyd Ostin: 30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir
21.07.2022 [05:41] - Xəbərlər, Hərb
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatında) əvvəlki üç iclasının nəticələrinə görə, 30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir, bundan əlavə, daim yeni təşəbbüslər irəli sürülür.

“Ukrinform”a istinadla xəbər verir ki, bunu “Ramştayn-4” görüşünün videoformatda keçirilən iclasının açılışında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Bir ay əvvəl bu qrup Ukraynanı qorumaq öhdəliyimizi bir daha təsdiqləmək üçün Brüsseldə üzbəüz görüş keçirdi və biz bir çox ölkədən yeni təşəbbüslərin elanlarını eşitdik. Bu günə qədər 30-dan çox ölkə Ukraynaya hərbi dəstək verib”, - deyə Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, bu birgə səylər artıq yerlərdə vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Brüsseldəki görüşdən sonra təkcə ABŞ Ukraynaya müdafiə yardımı üçün 2,6 milyard dollardan çox vəsait ayırıb ki, bura digər silah və texnika ilə yanaşı, 12 HIMARS sistemi də daxildir. Bu da, Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü xeyli dərəcədə artırıb.

“Ukraynanın özünü müdafiə edə bilməsi üçün tarixi dəstək verməyə davam edəcəyik”, - Ostin bildirib.

O, ABŞ Administrasiyasının bu həftə Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayacağını təsdiqləyib və digər ölkələrin də fəal şəkildə qoşulduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed