Şrift:
“Neftçi”nin baş məşqçisi: Cavab oyununda yalnız qələbə qazanmalıyıq
22.07.2022 [06:39] - Gündəm, İdman
Artıq futbolçularla söhbət etmişəm. Onlara bildirmişəm ki, Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalı və müdafiədə inamlı oynamalıyıq. Bunu həm özümüz, həm də klub üçün etməliyik. Evdə qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyə çalışacağıq

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin “Aris” komandasının qonağı olan Bakının “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Matçın ikinci hissəsindən narazı qaldığını bildirən rumıniyalı mütəxəssis deyib: “Komanda fasilədən sonra reaksiya vermədi. Birinci hissədə qol şansları oldu, amma yararlana bilmədik. Oyunçuların fiziki cəhətdən problemləri yoxdur. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki "Neftçi" üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur".

"İkinci qarşılaşmada yalnız qələbə qazanmalıyıq. Dönüş yaratmaq niyyətindəyik. Fanatlar nəticədən narazıdır. Onları başa düşünürəm, haqlıdırlar. Komandama görə tərəfdarlardan üzr istəyirəm. Amma onlara ikinci görüşdə ehtiyacımız var”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Aris” – “Neftçi” oyunu Kipr klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Bu xəbər oxucular tərəfindən 2358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed