22.07.2022 [06:55] - Gündəm, Sağlıq
Füzuli rayonunda qanvermə aksiyası keçirilib. Birgün davam edən aksiyada sakinlər könüllü olaraq iştirak ediblər.
Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Füzulidə rayon icra hakimiyyətinin dəstəyi ilə qanvermə aksiyası keçirib. Füzuli Tibb Mərkəzində təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Qanvermə aksiyasına 350-dən çox könüllü donor müraciət edib. Humanitar aksiya çərçivəsində hərtərəfli müayinədən sonra 100 nəfərdən çox könüllü donordan qan götürülüb.

Bu xəbər oxucular tərəfindən 3474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |