26.07.2022 [07:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yetmiş illik yubileyə sözardı
Məşhur fotojurnalist Reza Deqatinin çoxsaylı şəkillərində zaman yaşayır. Bu şəkillər keçmişi bu günə daşıyır, bu günü isə sabaha daşıyacaq. İllər ötüb keçəcək, zaman dəyişəcək, lakin bu şəkillər həmişə təravətli və dəyərli olacaq...
Nələr yoxdur bu şəkillərdə? Onların hərəsi özündə bir tarix yaşadır. Rezanın çəkdiyi fotoşəkillər dünəndən, keçmişdən, inqilablardan, müharibələrdən, münaqişələrdən “danışır”. Bu şəkillər Yer üzündə müharibələrə son qoyulmayana qədər danışacaq. Son yarım əsrdə dünyanın elə bir münaqişə ocağı yoxdur ki, məşhur fotojurnalist Reza Deqatinin ayağı ora dəyməsin, fotoaparatının səsi eşidilməsin. Bu gün dünyanın “National Geographic”, “Time Photo” və digər populyar nəşrlərində onun əsərlərinə yer ayrılması, fotolarının “PixPalace” platformasında yerləşdirilməsi həmin şəkillərin dəyərini göstərir.
Məşhur soydaşımız Reza Deqatinin 70 illik yubileyində onun yaradıcılığının bəzi məqamlarından söhbət açır.
Əslində fotojurnalist Reza Deqatinin xüsusi təqdimata ehtiyacı yoxdur. 70 il bundan öncə Təbrizdə dünyaya göz açan Reza ilk dəfə atasına məxsus fotokameranı əlinə götürəndə hələ 14 yaşı tamam olmamışdı. O gündən bu günədək aradan nə az, nə çox 55 ilə yaxın vaxt keçir, lakin onun könül verdiyi bu sirli-sehrli aparata olan məhəbbəti azalmayıb.
Təbriz Universitetinin Arxitektura fakültəsində təhsil alarkən həmkarlarının karandaşla çəkdikləri eskizləri o, fotonun “gözü” ilə canlandırıb. Müəllimləri onun bu işini bir yenilik kimi qəbul ediblər. Tale elə gətirib ki, Reza Deqati 1979-cu ildə İranda baş verən xalq hərəkatını öz fotokamerasının yaddaşına köçürmək istəyib. Məhz bu hadisəni fotoobyektivin yaddaşında tarixə çevirən Reza o vaxtdan sonra fotojurnalist kimi tanınmağa başlayıb.
Paris Şərq mühitində böyümüş Reza üçün yeni bir dünya oldu
İran inqilabından sonra Reza Deqatinin artıq bu ölkədə fəaliyyət göstərməsi çətinləşir. O, 1981-ci ildə Fransada sığınacaq tapır. Dünyanın mədəniyyət mərkəzlərindən olan Paris, mehriban fransızlar Şərq mühitində böyümüş Reza üçün yeni bir dünya açır. Gənc foto ustası o vaxtdan arxitekturaya “əlvida” deyir. Canlı mühit onu daha çox özünə cəlb edirdi. Buna görə də çoxdan arzuladığı fotojurnalist peşəsinə qəlbən bağlandı.
Fransada bir müddət BMT-nin humanitar proqram üzrə məsləhətçisi vəzifəsində çalışan Reza 1990-cı ildən həyatını birdəfəlik ən keyfiyyətli şəkillərinə görə dünyada məşhur olan və Amerikada nəşr edilən “National Geoqraphic” jurnalı ilə bağladı. Jurnalın sifarişlərini yerinə yetirən Reza müxtəlif ölkələrdə olub. Onun səyahət coğrafiyasının xəritəsi geniş və zəngindir. Bosfordan Çin səddinə, Filippindən Mərkəzi Asiyaya, Livandan Əfqanıstana, Ruandadan Sarayevaya, Yəməndən Bosniyaya, Anqoladan Qafqaza səfər marşrutları, müxtəlif ölkələrlə, müxtəlif insanlarla tanışıq onun həyat tarixçəsinə yeni-yeni səhifələr yazıb. 115-dən çox ölkədə olan Reza dünyanın tanınmış fotojurnalisti kimi çoxdan şöhrət qazanıb. Məhz bunun nəticəsidir ki, 1998-ci ildə ona beynəlxalq mətbuat sahəsində foto işləri üzrə münsiflər heyətinin üzvü kimi məsul bir vəzifə həvalə edilib.
Çəkdiyi fotolar tarixə çevrilən sənətkar
Reza bir peşəkar kimi əsasən fotoportret janrına üstünlük verir. Bu janr ona insanlarla daim təmasda olmaq, onları yaxından tanımaq imkanı yaradır. Özünün dediyinə görə, çəkdiyi fotoların hər biri onun həyatının bir parçasıdır.
Dəfələrlə ölümlə üzbəüz qalan Reza dünyanın qaynar nöqtələrinə gedərək, yurd-yuvasından didərgin düşmüş qaçqınları və məcburi köçkünləri arayıb-axtarır, onların müsibətlərinə şərik olur, öz sənəti, istiqanlı münasibətilə taleyin ağır sınağı ilə üzləşmiş insanların kədərini yüngülləşdirməyə çalışır, qayğılı simalarını fotoaparatının yaddaşına köçürür.
Müsahibələrinin birində deyib: “Mən 40 ildən çoxdur müharibə gedən ərazilərdə foto çəkirəm. Bəlkə 100 dəfədən çox olub ki, gözümü yumaraq demişəm: Reza, deyəsən, axırın çatıb sənin. Gah yaxınlıqda bomba partlayıb, gah güllə keçib. Bir də ki, mən qorxmaq nə olduğunu anlamıram. Adam nədən qorxur? Ondan ki, hələ baş verməyib. Əgər baş verməyibsə, nə üçün qorxmalıdır? Bir də deyərlər ki, qorxmaq ölümün yarısıdır. Adam ki, qorxdu, təlaşa düşdü, özünə nəzarəti itirəcək, hətta sağ əvəzinə sola gedə bilər, bəlkə də elə mina oradadır. Ona görə məndə qorxu hissi yoxdur. Hətta jurnalistlərdən biri deyirdi: “Bilirsiniz, bu Reza necə adamdır. Birdən partlayış olur, hamı oradan çıxıb qaçır, Reza isə qaça-qaça ora gedir”.
Reza Deqati ürəyinin bir parçası
olan Azərbaycanı heç vaxt unutmur
Fotojurnalist kimi məşhurlaşmış Reza Deqati 1990-cı illərin Qanlı Yanvar hadisələri zamanı təcili Bakıya gəlib, xalqımızın başına gətirilən faciənin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətlər göstərib.
Onun Azərbaycana növbəti gəlişi XX əsrin ən böyük faciəsi hesab edilən Xocalı soyqırımı ilə əlaqədar olub. O, bu faciənin dəhşətlərini lentə alaraq Azərbaycan həqiqətlərini, xalqımızın üzləşdiyi dəhşətli faciəni dünya ictimaiyyətinə çatdırıb.
Birinci Qarabağ savaşında xalqımızın başına gətirilən müsibətlər də onun fotokamerasının gözündən yayınmayıb. O, ötən 30 il ərzində erməni vandallığını əks etdirən fotokadrları dünyanın müxtəlif mətbuat orqanlarında çap etdirib. 2020-ci ildə xalqımızın Vətən müharibəsində qazandığı tarixi Qələbə isə məşhur fotoqrafa yeni ruh verib. O, işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzərək kameranın yaddaşına köçürüb və bu mövzuda bir çox sərgilər təşkil edib.
Reza deyir: “Qarabağ müharibəsindən çox dərs götürülməlidir. Nəhayət 30 il əvvəl doğma evlərindən ayaqyalın, əliboş didərgin salınan 700 mindən çox azərbaycanlı məcburi köçkün öz hüquqlarını bərpa etdi. Ermənistandan qovulan qaçqınlar hələ aqibətlərini gözləyirlər...
Otuz ildən sonra xalq öz iradəsi gücünə ədaləti, hüququnu bərpa etdi, itirdiklərini geri qaytardı. Bu, tarixdə və bəşəriyyətdə çox vacib andır. 1992-ci ildə erməni silahlı qüvvələri azərbaycanlıları çox iztiraba düçar etmişdi. 2020-ci ildə isə işğalçılar, cinayətkarlar cəzalandırıldı. Budur Qarabağın əsas dərsi: özgənin torpağına göz dikmək olmaz. Başqasının mülkünə yiyələnmək olmaz, məsum insanlara pislik etmək olmaz, pislik gec-tez onu törədənin üzərinə qayıdır”.
O, həm də xeyriyyəçidir
Reza təkcə fotoqraf deyil, o, həm də xeyriyyəçi kimi fəaliyyət göstərir. Onun fotoqraf fəaliyyəti hamıya məlum olsa da, humanitar fəaliyyətindən çoxları xəbərsizdir. Reza Deqati 1983-cü ildə fond yaradıb. Münaqişə bölgələrində foto həvəskarlarına sənətin sirlərini öyrədən sənətkar fondun vəsaiti hesabına onları texniki avadanlıqlarla təmin edir və bununla da insanların öz problemlərini dünyaya yaymasına kömək etmiş olur.
Rezanın yaradıcılıq çeşməsindən su içən şagirdlər foto sənətinin ən peşəkar simaları kimi tanınırlar. Özü dediyi kimi, o, təkcə öyrətmir, həm də öyrənir.
Sənətə könül verdiyi bu yarım əsrlik zaman ərzində Reza Deqati bir milyondan çox şəkil çəkib. Fotoqrafın çəkmədiyi, görüb çəkə bilmədiyi şəkillərin sayı isə 10 milyonlarladır. Məşhur fotoqraf haqlı olaraq deyir ki, onun lentə aldıqları həyatın ən yaddaqalan anlarıdır, lakin fotoaparatın yaddaşından kənarda qalan yüzlərlə, minlərlə, bəlkə də milyonlarla daha maraqlı və daha unudulmaz anlar var.
Yetmiş illik ömrün ən böyük mükafatı
Reza Deqatinin müəllifi olduğu otuzdan çox kitabın ikisi Azərbaycanla bağlıdır. O, bir sıra beynəlxalq mükafatların laureatıdır. Haqqında Avropada, Amerikada, “National Geographic”də, Fransa televiziyasında 10-dan çox sənədli film çəkilib. İndiyədək dünyanın ən böyük və əksər şəhərlərində 250-dən çox sərginin iştirakçısı olub, ən böyük universitetlərdə 500 dəfə konfrans keçirib.
Missuri Universitetinin “Şərəf” medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub.
Məşhur fotojurnalist həyatında sənətinə verilən ən böyük mükafatdan birini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə iyulun 25-də alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib.
AZƏRTAC-ın kollektivi öz həmkarını, dünyaca məşhur fotoqraf Reza Deqatini 70 illik yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.

Bu xəbər oxucular tərəfindən 15747 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |