Şrift:
Urmiya gölü ətrafında 50 kənd boşalıb
14.01.2013 [10:24] - Gündəm, Güney Azərbaycan-Təbriz
Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb.

Bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib.

Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.
Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed