Şrift:
Sərhədsiz Reportyorlardan İrana tələb
14.01.2013 [10:31] - Gündəm, Güney Azərbaycan xəbərləri
Tehranda, eləcə də Buşehr, Kərəc və Qəzvin şəhərlərində bir qrup jurnalist və bloqçu kəşfiyyat orqanlarına çağırılaraq dindirilib, təhdid edilib.
Sərhədsiz Reportyorlar təşkilatı yanvarın 10-da bəyanat yayaraq İranda jurnalistlər və bloqçulara qarşı repressiyaları pisləyib.
Bəyanatda deyilir ki, İran hakimiyyəti jurnalistlərlə bloqçuların özbaşına həbsini dayandırmalıdır.
“Son iki ayda paytaxt Tehranda, eləcə də Buşehr, Kərəc və Qəzvin şəhərlərində bir qrup jurnalist və bloqçu kəşfiyyat orqanlarına çağırılaraq dindirilib, təhdid edilib. Dindirilənlərdən ikisi 14-15 yaşlarında olan gənc bloqçulardır. Bəzi xarici ölkələrin KİV-lərində (kütləvi informasiya vasitələri) işləyən bir sıra iranlı jurnalistlərin ailələri də çağırılaraq təhdid edilib.
İranda informasiyanın sərbəst yayımının qarşısını almaq məqsədi ilə edilən bütün bu hərəkətlər isə beynəlxalq ictimaiyyətin ciddi nigaranlığına gətirib çıxarıb. Biz İran hakimiyyətindən jurnalistlərlə bloqçulara qarşı repressiyaların dayandırılmasını, eləcə də bütün özbaşına həbslərə son qoyulmasını tələb edirik”.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed