01.08.2022 [10:03] - Gündəm, Mədəniyyət
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Məcburi köçkün həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar Tərlan Əliyevin işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində məskunlaşan yerli əhali üçün dövlət səviyyəsində yaradılan şərait, bu ərazidə həyata keçirilən tikinti-quruculuq işləri barəsində məqaləsini təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ərəfəsində işğaldan azad edilmiş ərazilərimizə gerçəkləşən səfər çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər.
1993-cü il erməni işğalına qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə aparıldı. Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürüldü. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.
İlkin köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır.
Qeyd edək ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydalar əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Köçürülən 41 ailədən hərəsinin bir üzvünə iş təklif olunub və təkliflər qəbul edilib. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, eləcə də xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar vardır.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Xatırladım ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başladı.
İyulun 19-da 10 ailə öz kəndinə, dədə-baba yurduna yola salındı. İyulun 21-də isə Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola düşdü. 30 ilə yaxın yurd həsrəti ilə yaşayan daha 48 nəfər – 10 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar.
İyulun 23-də isə Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salındı.
Daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə - 45 nəfər öz doğma yurduna çatdı.
Doğma torpağa dönən zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra burada tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb və kənd hazırda doğma sakinlərinə qucaq açıb. Bu böyük dönüşlə nəinki Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda həyat öz axarına qayıdır.
İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən dördüncü köç karvanı yola salındı. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşdılar.
Ümumilikdə “ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 dəfəyə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.
Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayan əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir.
Yeni Ağalı kəndinə dörd dəfəyə 41 ailə köçürüldü və Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatdı.
Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcək.
Bir sözlə, Böyük Qayıdış müjdəsi Ağalıdan başladı. Qırx dörd günlük müharibədən sonra qısa müddət ərzində “ağıllı” kəndin hazır olması və sakinlərin oraya qayıtması olduqca qürurverici hadisədir. Təbii ki, məsələ insanların oraya qayıtması ilə yekunlaşmır. Dövlət tərəfindən sakinlərin məşğuliyyəti, işlə təmin olunması üçün də şərait yaradılıb. Həmçinin Ağalıya qayıdan ailələrin uşaqlarının təhsil alması üçün müəssisələr artıq hazır vəziyyətdədir. Ümumiyyətlə, burada bütün infrastruktur qısa müddət ərzində yenidən qurulub.
Biz bir daha dünyaya göstərdik ki, Azərbaycan qurucu bir dövlətdir. Ermənistan isə öz kimliyini əməlləri ilə hər kəsə nümayiş etdirib. Onların viran qoyduqları ərazilərə həyat yenidən qayıdır. Ölkəmiz o dağıdılmış əraziləri bərpa edib, vətəndaşlarımızı öz doğma ərazilərinə qaytarır. Ağalı kəndindən sonra işğaldan azad edilmiş digər rayon, qəsəbə və kəndlərimiz də yenidən qurularaq istifadəyə veriləcək. 30 ildən sonra bu torpaqlara əsl sahibləri qayıdır. Yaxın zamanlarda soydaşlarımız digər rayonlara da qayıdacaq.
Belə ki, Füzuli rayonunun Dövlətyarlı ərazisində də eyni tipli böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə, cari ilin sonuna qədər tamamlanacaq və kəndlər həqiqi sahiblərinin ixtiyarına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur, sonra isə əlavə 300 ev inşa olunacaq. Bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.
Məcburi köçkünlər doğma yurd-yuvalarına köçəcəyi bu günü çoxdan arzulayırdılar. Bütün bu olanlar Azərbaycan hakimiyyətinin insanların sosial rifahı naminə həyata keçirdiyi sosial-iqtisadi siyasətin bariz nümunəsidir.

Bu xəbər oxucular tərəfindən 2039 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |