Şrift:
11 min şəxsə təyin olunan birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb
02.08.2022 [09:58] - Xəbərlər, Sosial
11 min Birinci Qarabağ müharibəsi əlilinə təyin edilən birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov avqustun 2-də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat verilir.
Bu xəbər oxucular tərəfindən 1420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed