14.01.2013 [11:11] - Diaspor
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) ve Bolqarıstan Türkleri Kültür Dərnəyinin (BULTÜRK) təşkilatçılığı ilə İstanbuldakı Bayrampaşa bələdiyyəsinin Mədəniyyət Mərkəzində “Qarabağ müharibəsində bilinməyən həqiqətlər” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, Milli Qəhrəman, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov, Bayrampaşa bələdiyyəsinin rəhbərliyi, siyasi partiya və qeyri-hökumət təşkilatlarının təmsilçilləri iştirak etmişlər.
Salona toplaşanlar Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransda çıxış edən BULTÜRK-ün sədri Rafet Ulutürk bildirmişdir ki, Qarabağ müharibəsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının müqəddəs savaşıdır. Bu baxımdan azərbaycanlı qardaşlarımızı ən yaxşı anlayan Balkanlarda yaşayan və müharibələrlə, köçlər ilə üz-üzə qalmış türklərdir. Biz, Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalının beynəlxalq aləmdə daim gündəmə gətirilməsi üçün səylərimizi davam etdirəcəyik və bu məsələdə hər cür fədakarlığa hazırıq.
Bayrampaşa bələdiyyəsinin sədri Atilla Aydıner, ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşı Emma Heydərova, TUMİB-in sədri Çingiz Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları və qondarma “soyqırımı” təbliğatına qarşı mübarizədən danışmışlar.
Milli Qəhrəman, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov cəbhə xatirələrini konfrans iştirakçıları ilə paylaşmış, bütün gəncləri müqəddəs torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi üçün səfərbər olmağa çağırmışdır.
Sonda Azərbaycandan gəlmiş incəsənət ustalarının ifasında qəhrəmanlıq mahnıları səslənmişdir.
Oqtay Bayramov

Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |