Şrift:
Azərbaycan karateçiləri V İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarını keçirlər
04.08.2022 [11:07] - Gündəm, İdman
Azərbaycan karateçiləri V İslam Həmrəylik Oyunlarına son hazırlıqlarını keçirlər.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, milli komandaların baş məşqçiləri Qurban Tağıyev (kişilər), Denis Morozov (qadınlar) və Vahid Ayvazovla (kata) birgə böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov bu mötəbər yarışda 12 fərdi və 1 komanda heyətini müşayiət edəcək. Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (84+ kq), o cümlədən İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68+ kq) mübarizə aparacaqlar.

Fərdi kata yarışlarına Roman Heydərov və Zəhra Qurbanzadə, komanda kata çıxışlarına isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarının hakimləri arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin, eləcə də Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançılarımızın çıxışlarını izləyəcəklər.

Qeyd edək ki, avqustun 9-18-də baş tutacaq V İslam Həmrəyliyi Oyunlarının karate yarışları avqustun 17-18-də keçiriləcək. Karateçilər Konyaya avqustun 14-də yola düşəcəklər.
Bu xəbər oxucular tərəfindən 1987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed