Şrift:
Pakistan mətbuatında Ermənistan XİN-in əsassız bəyanatı ifşa olunub
04.08.2022 [16:27] - Xəbərlər, Siyasət
Pakistanın “Dispatch News Desk” xəbər agentliyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in bəyanatına şərhi yayımlanıb.

Məqalədə yaşanan son gərginliyin səbəbinin məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması olduğu, eləcə də 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insidentin məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsi olduğu vurğulanıb.

Həmçinin bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrasının vacib olduğu bildirilib və Azərbaycanın öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed