14.01.2013 [11:16] - DAVAMın yazıları
Faiq Ələkbərov (Qəzənfəroğlu)
Hazırda elmi, fəlsəfi və siyasi ədəbiyyatda «milli ideologiya» və bu istilahla bağlı olan etnos, millət, xalq, milli mentalitet, milli ideya, milli ideologiya və s. anlayışlar haqqında konkret, dəqiqləşdirilmiş kateqorial təriflərə rast gəlmək mümkün deyildir. Şübhəsiz ki, problemin öyrənilməsi «milli ideologiya» anlayışının dürüst və tam izahı ilə bağlıdır. Bu baxımdan Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikrində milli ideologiya probleminin məzmununun şərhi üçün, ilk növbədə həmin anlayışların izahı verilməlidir.
Qeyd edək ki, orta əsrlərdə İslam Şərqi ölkələrində «millət» sözü dini mənsubiyyətə bağlı olaraq, ümumilikdə müsəlman əhalisinə, ya da hər hansı məzhəbə, təriqətə, eləcə də dini icmaya və cəmiyyətə aid edilirdi. Avropada isə, millətçiliyin meydana çıxma tarixi kimi XVII əsr göstərilsə də, «millət» termini çağdaş anlamda XVIII əsrdən sonra işlədilmiş, «millət» və «xalq» anlayışları müəyyən mənada bir-birindən fərqləndirilmişdir. Belə ki, «millət» - əhalinin şüurlu və fəal hissəsini, «xalq» - isə siyasi və sosial baxımdan passiv, ətalətli kütləni ifadə etmişdir.
XIX əsrin ortalarında formalaşmış marksizm təliminin baniləri - K.Marks və F.Engels isə «millət» anlayışını belə izah edirdilər ki, əvvəlcə qan qohumluğuna əsaslanan qəbilələr, sonralar məhsuldar qüvvələrin inkişafı nəticəsində qəbilələrdən tayfalar və tayfa ittifaqları yaranmışdır. Sinifli cəmiyyətin yaranmasıyla «dil qohumluğuna malik tayfalardan xalqlar əmələ gəlməyə başlayır. Lakin xalq hələ millət deyildir. Xalqlar dil və mənşə etibarilə bir-birinə yaxın olan və ərazi ümumiliyinə malik tayfaların birliydir». Millət isə insanların tarixən əmələ gələn sabit birliyi olub, onun varlığı üçün ümumi bir ərazinin və dilin olması vacibdir. Marks və Engels bununla yanaşı, qeyd edirdilər ki, «indiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər tarixi olmuşdur». Bir sözlə, bu müəlliflər «millət»in yaranmasını tarixi proseslərə bağlasalar da, sonda siyasi baxımdan «millət» dedikdə, sinfiliyə üstünlük verirdilər.
Marksizmin davamı kimi meydana çıxmış marksizm-leninizm cərəyanının əsas ideoloqlarından V.İ.Leninin fikrincə də, millət - cəmiyyətin feodal dağınıqlığının aradan qaldırılması və kapitalist iqtisadi əlaqələri əsasında siyasi mərkəzləşmənin gücləndirilməsi dövründə yeni sosial tarixi hadisə kimi yaranmışdır. V.İ.Lenindən sonrakı sovet ideoloqları da, başda İ.Stalin olmaqla hesab edirdilər ki, millət - ümumi ərazisi, dili, iqtisadi həyat birliyi, milli psixologiya və ideologiyanın ümumiliyində öz əksini tapan, mənəvi həyat birliyi olan insanların nisbətən sabit tarixi birliyidir.
Həmin dövrdə onlara cavab olaraq Azərbaycan türk ideoloqlarından Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, millət dil, mədəniyyət və adət-ənənə birliyi əsasında təşəkkül tapmışdır. Bu baxımdan M.Ə.Rəsulzadənin fikrincə, türklər (Türküstan, Türkiyə, Azərbaycan, Krım türkləri və b.) ayrı-ayrılıqda «milliyyət», cəm halında isə «millət»dir: yəni türk milləti. Deməli, əvvəllər M.Ə.Rəsulzadə «milliyyət» və «millət»i eyni mənada başa düşmüş, bu anlayışları bir-birindən yalnız miqyasına görə fərqləndirmiş və «millət»i daha geniş anlamda götürmüşdür. 1920-ci illərdən sonra M.Ə.Rəsulzadə «milliyyət» və «millət» anlayışlarını bir qədər də dəqiqləşdirmişdir. Onun fikrincə, bunlardan «milliyyət» dil, din, irq, qövm, tarix, coğrafiya, iqtisadiyyat və siyasət amillərinin təsiri ilə meydana gələn etnik bir topluluqdur. «Millət» isə, bu toplulardan yaranan ümumi iradəni ifadə edir.
Çağdaş dövrdə də Azərbaycan elmində millət, milliyyət, xalq və s. anlayışlara dəfələrlə müraciət olunsa da, bu günə qədər həmin məfhumlarla bağlı kateqorial təriflərə rast gəlmək mümkün deyil. Bu da, həmin anlayışların mürəkkəbliliyi, çoxçalarlılığı, ideoloji istiqamətləri və s. ilə bağlıdır. Hazırda Azərbaycan alimlərindən bir çoxları - R.Mehdiyev, Ə.Tağıyev, Z.Quluzadə, Ə.Abbasov, A.Şükürov, Y.Türkel və b. bu məsələlərə toxunmuş və öz münasibətlərini bildirmişlər. Akademik Ramiz Mehdiyevin baş redaktoru olduğu «Politologiya. İzahlı lüğət» kitabında yazılır ki, «millət» (lat. natio tayfa, xalq) - tarixən kapitalizmin meydana gəlməsi, feodal pərakəndəliyinin dəf edilməsi, təsərrüfat əlaqələrinin güclənməsi, ədəbi dil bazasında savadlılığın yayılması, milli mənlik şüurunun möhkəmlənməsi ilə səciyyələnən etnos tipidir. Ümumi keyfiyyətlərlə səciyyələnən millətlər müxtəlif yollarla, müxtəlif amillərin təsiri altında yaranır. Bunun üçün vahid sosial sxem yoxdur: «Əksər hallarda o vətənə, tarixi tale ümumiliyinə, ümumi mənəvi dəyərlərə bağlılıqla, bəzənsə sırf etnik əlaqələr zəminində yaranır».
Azərbaycan filosofu Ağayar Şükürovun da fikrincə, «millət» və «etnos» anlayışları barədə dəqiq tərif yoxdur. BMT-də «millət» və «xalq» anayışlarının sinonim kimi işləndiyini qeyd edən alimin fikrincə, bu mənada «millət» müxtəlif insan birliklərini ifadə edir. Digər şərhə görə xalq və yaxud millət etnosla identikdir: «Millət - ruhi vəhdət, mədəniyyət, mənəvi məzmun, keçmişin irsi, indidə canlı və onda yaradılacaq gələcəklə yaradılan və müdafiə olunan mənəvi vəhdətdir». Başqa bir Azərbaycan filosofu Əlikram Tağıyev isə etnosla bağlı bir neçə tərif verir: etnos -sosial kateqoriyadır; təbiətin övladıdır; mənşə ümumiliyinə əsaslanan kollektivdir; hər şeydən əvvəl müəyyən bir kökə və nəslə malik insan birliyidir. «Millət» anlayışına gəlincə, o yazır: «Etnos ittifaqının yüksək forması olmaq etibarilə millət - insanların sosial-iqtisadi və mənəvi ümumiliyi zəminində formalaşan müəyyən psixi və milli mənlik şüuru ünsürlərinə malik tarixi birlik formasıdır».
«Millət» termininə bir qədər fərqli prizmadan yanaşan filosof Əbülhəsən Abbasovun fikrincə isə, «millət»i ifadə edən «millilik» və «millətçilik» anlayışı bir çox hallarda qarışdırılır, ixtiyari surətdə istifadə edilir: ««Millətçilik» anlayışı bir millətin keyfiyyətlərini şişirtmək, nöqsanlarına isə göz yummaq yolu ilə digər millətlərə qarşı qoymaqdırsa, «millilik» anlayışı millətin öz milli mənliyini, milli şüurunu, mədəniyyətini, dinini, tarixini, adət-ənənəsini və s. layiqincə qiymətləndirməsini, bununla yanaşı, digər millətlərə də hörmət və ləyaqətlə yanaşılmasını ifadə edir». Yadigar Türkel isə yazır ki, millət - eyni şüurlu, adət-ənənəli, mədəniyyətli, ictimai psixologiyalı, ideologiyalı, həyat tərzli insanların siyasi birliyidir. Ancaq «millət» anlayışına, bütün özəlliklərini nəzərə alaraq dəqiq tərif vermək mümkün deyil: «Tam düzgün açıqlamanın çətinliyindən onu çox vaxt «Millət=xalq+dövlət» formulu ilə ifadə etməyə çalışırlar».
«Etnos», «milliyyət», «millət», «xalq» və s. anlayışlara yuxarıda verilən onlarla təriflərdən görünür ki, bu məsələlərlə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir yoxdur. Hazırda bu anlayışlar, o cümlədən «millət»lə bağlı elmi ədəbiyyatda 300-dən çox tərif mövcuddur ki, bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideologiyası və s. ilə əlaqədardır. «Milliyyət», yaxud «etnos» dedikdə dili, soykökü, adət-ənənələri və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar birliyi başa düşülməlidir. Ümumiyyətlə, etnosun sinonimi milliyyətdir və burada başlıca olaraq sırf dil, soykök, adət-ənənə, əxlaq və məkan birliyi nəzərdə tutulur. Lakin bu mənada «milliyyət» və «etnos» siyasi-ideoloji əhəmiyyət kəsb etmir. Fikrimizcə, etnos siyasi-ideoloji mənada meydana çıxanda «millət» anlayışı da yaranır ki, bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Yəni «etnos» və «milliyyət»ə yeni məna verən dövlət olduğu üçün, burada konkret olaraq yalnız bir etnosun hakimiyyətindən söz açmaq artıq çətinləşir, çünki ən yaxşı halda konkret bir etnosun hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tərkibindəki bütün etnosları eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləmək isə qətiyyən mümkün deyildir. Görünür, qədim dövrlərdə və orta əsrlərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Albaniya və b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qədər uyğunsuzluqlar meydana çıxmışdır. Etnik kimlik və dilin müəyyənləşməsində etnos və milliyyət anlayışlarına dar mənada, yəni konkret yanaşmaq lazımdır. Etnos və milliyyətlə müqayisədə isə «millət» daha geniş anlayışdır və dar çərçivə ilə məhdudlaşdırıla bilməz.
«Millət» tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soykökə, dilə, mənəviyyata əsasən qohumlaşan və həm birsoylu, birdilli (məsələn, türksoylu, türkdilli) tayfaların, həm də fərqli soylu, fərqli dilli (türksoylu-türkdilli, farsdilli, qafqazdilli və b.) tayfaların siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nümunəsi dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaranması ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalarından asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçivəsində yaşamağa məcbur olan (konkret Azərbaycan və İran dövlətlərinin timsalında), bəzən soykökü baxımından türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycanlılığı, başqa halda isə soykökü fars olmayan tayfalar farslaşaraq farslığı, iranlılığı təmsil etmişlər. Doğrudur, hansı etnosun və etnosların (türkdilli, farsdilli, qafqazdilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin ərazisində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tayfaların çox vaxt assimilyasiyası ilə nəticələnmişdir. Ancaq unutmaq olmaz ki, bu proses əsrlər boyu yalnız bir istiqamətdə deyil, qarşılıqlı şəkildə baş vermişdir.
Beləliklə, müxtəlif dövrlərdə soykök və dil baxımından qohum və yad etnoslar bir-birilə qaynayıb-qarışmışdır ki, bunun da nəticəsində artıq «millət» anlayışı çərçivəsində farslaşmış türklərə, türkləşmiş farslara, almanlaşmış fransızlara, fransızlaşmış almanlara və b. rast gəlmək mümkündür. Bu baxımdan, tarixən, soykökü fars, kürd, talış və s. olmasına baxmayaraq Səlcuqlar, Səfəvilər, Osmanlı Türkiyəsi, Türkiyə, Azərbaycan və b. türk dövlətlərinə xidmət edən ziyalılar, dövlət adamları, eləcə də soykökü türk olub Əhəmənilər, Sasanilər, Kiyev-Rus, çar Rusiyası, İran İslam Respublikası və b. fars və rus dövlətlərinə xidmət edən tarixi şəxsiyyətlər, mütəfəkkirlər də olmuşdur. Bütün bunlara baxmayaraq əsrlər boyu «hakim millət», «əsas millət» anlayışı da öz yerini qoruyub saxlamışdır ki, bu da dövlətin özəyini təşkil edən aparıcı etnoslarla bağlıdır. Deməli, «millət» anlayışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla nə qədər qaynayıb-qarışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olunmasını heç vaxt inkar etməmişdir və edə də bilməz. Belə ki, «millət» anlayışı dövlətçilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana gəlməsində başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır. Bir sözlə, heç vaxt inkar oluna bilməz ki, istər ən qədim dövrlərdə, istər erkən orta əsrlərdə və ya orta əsrlərdə hər hansı bir dövlət, imperiya yaranarkən əsasən, başlıca rolu bir etnos, yaxud da bir-birinə soykökü etibarilə qohum olan bir neçə etnos oynamış, hətta dövlət də etnosun-tayfanın adı yaxud da, etnosun başçısının adı ilə (osman-Osmanlılar, səlcuq-Səlcuqlar, ərəb-Ərəb Xilafəti, türk-Türkiyə, alman-Almaniya, fransız-Fransa və b.) adlanmışdır. Ancaq zaman-zaman həmin dövlətdə, imperiyada başlıca etnos və ona qohum olan etnoslarla yanaşı, qohum olmayan yad etnoslar, tayfalar da mühüm rol oynamış, hətta dövlətin, imperiyanın hökmdarları ilə qohumlaşaraq, müəyyən mənada ona şərik olmağı bacarmışlar. Bütün hallarda isə, hakim etnos və etnoslar, həmin dövlətdə, imperiyada başlıca millət sayılmışdır və bu gün də belədir, başqa cür də ola bilməz. Deməli, Azərbaycanda milliyyət, etnos baxımından türklər «əsas millət», «hakim millət»dir və siyasi-ideoloji mənada «azərbaycanlı» adlanan millətin 90 faizindən çoxunu təşkil edir.
Bu baxımdan, çağdaş dövrümüzdə «millət» anlayışını iki cür fərqləndirmək olar: 1. Millət - vahid əraziyə, tarixə, soykökə və dilə, milli özünəməxsusluğa, adət-ənənələrə və əxlaqi dəyərlərə əsaslanan etnosların siyasi-ideoloji birliyidir; 2. Millət - qarışıq və sinkretik mədəniyyətə, dini-fəlsəfi dünyagörüşə, bir-birinə yaxın adət-ənənələrə, bununla yanaşı vahid əraziyə, hətta bu ərazidə qədim dövrlərdə mövcud olmuş dövlətçilik ənənələrinə eyni şəkildə iddialı, ancaq soykökə və dilə görə bir-birinə yad olan, zaman-zaman qaynayıb-qarışan etnosların birinin müəyyən, yaxud da başlıca üstünlüyü (həmin etnoslardan birinin dilinin dövlətdə əsas dil olması, sayca çoxluğu, dövlət atributlarında təmsilçiliyi və s.) nəticəsində meydana çıxmış siyasi-ideoloji birlikdir. Deməli, birincini «monomillət» (tək bir etnos, tək bir millət və s.) ikincini isə «polimillət», yaxud da «polietnos»lu millət (çünki burada «çoxmillətlilik» əsas deyil, tək bir millət, ancaq bir-birinə soykök və dil baxımdan fərqli etnosların birliyi əsasdır) adlandırmaq olar. Bəllidir ki, hazırda dünyanın çağdaş siyasəti, demokratik dəyərləri, qloballaşama, milli və dini dözümlülük və s. amillər üstünlüyü «polimillətə», daha doğrusu «polietnos»lu millətə verir.
Fikrimizcə, «xalq» anlayışı «etnos», «milliyyət» və «millət» anlayışları ilə müqayisədə daha geniş anlayışdır. «Xalq» anlayışı bir tərəfdən «milliyyət»dən (etnos olmaqdan) «millət»ə (siyasi-ideoloji birliyə) keçiddirsə, başqa tərəfdən «milliyyət» (etnos) və «millət»i ümumi şəkildə ifadə edən bir məfhumdur. Yəni soykök, dil, mədəniyyət, adət-ənənə, əxlaq və s. baxımdan bir-birinə yad və ya doğmalığından asılı olmayaraq onların vətəndaş ümumiliyi «xalq» adlana bilər. Məsələn, «Azərbaycan xalqı» dedikdə, hazırda burada yaşayan, bu ölkənin vətəndaşı olan bütün etnik qruplar, millətlər (türk, rus, gürcü, fars, talış, tat, ləzgi, avar, kürd, ukraynalı, latış və b.) başa düşülür. Heç kim deyə bilməz ki, hazırda onlardan hər hansı biri Azərbaycan xalqının tərkibinə aid deyil. Fikrimizcə, «Azərbaycan xalqı» termini çağdaş dövrün tələblərinə uyğun şəkildə formalaşıb, müəyyən status alana qədər Azərbaycanda yaşayan bütün etnik qrupların və millətlərin ümumiliyini ifadə etmək üçün, dini mənsubiyyətlərinə görə «ümmət»-«müsəlman», «Qafqaz müsəlmanları», «islam milləti», etnik kimlik baxımından «tatar», «persiyan», «türk»-«türk dili», «türk milləti» və b. anlayışlardan istifadə olunmuşdur.

Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |