12.08.2022 [19:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Qarşıda hər hansı görüş olacaqsa, Rusiya əməli addımların atılması ilə bağlı razılaşmanın əldə edilməsinə çalışacaq”
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə deyib ki, Moskva avqustun sonuna kimi Azərbaycanla Ermənistan arasında üçtərəfli formatda təmaslar təşkil etməyi planlaşdırır:
"Rusiya Prezidentinin iştirakı ilə istənilən yüksək səviyyəli təmaslar Prezident administrasiya tərəfindən şərh olunur. Üçtərəfli təmaslar nəzərdə tutulub. Bu barədə daha ətraflı məlumat veriləcək”.
Bu formatda baş tutacaq görüş nəyi dəyişə bilər və iki ölkə arasındakı vəziyyətin normallaşması üçün hansı yenilikləri vəd edir?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mövcud şərtlər Azərbaycanın xeyrinə, Rusiyanın isə ziyanına doğru dəyişir: “Hiss edilir ki, son vaxtlar İranla da Rusiya arasında bu ərazidə bir rəqabət başlayıb. Artıq İranın Qafanda konsulluq açmaq istəyi ortaya çıxıb. Rusiyanın Əkərək-Mehri ərazisində postlar quraşdırması, Zəngəzur dəhlizi ilə bağlı pərdəaraxası çəkişmələr göstərir ki, rəsmi Moskva “burada söz sahibi mənəm” mesajını açıq şəkildə verməyə çalışır. Son vaxtlar Ermənistanın İranla etdiyi müəyyən gedişlər də Rusiyanı qısqandırır. Çalışır ki, onun meydançasına İran da bir oyunçu kimi daxil olsun. Hesab edir ki, beynəlxalq aləmə də özünün söz sahibi olduğunu göstərməlidir. Həm də onun vasitəçiliyi ilə imzalanan bəyanatın işləkliyini təmin etməyə çalışır. Demək istəyir ki, imzasına hər zaman sahib çıxır. Yaranmış vəziyyətdə Rusiya daha çox özünütəsdiq kimi məqamlar axtarır. Digər tərəfdən isə, İranın fəallaşmasına müqavimət ortaya qoyur. Üç İpək Yolundan yalnız orta yol işləyə bilər. Digər ikisi isə bloklanıb və günü-gündən vəziyyət daha da çətinləşir. Bu səbəbdən də, hesab edirəm ki, qarşıda hər hansı görüş olacaqsa, Rusiya əməli addımların atılması ilə bağlı razılaşmanın əldə edilməsinə çalışacaq. Azərbaycan üçün belə rəqabətin ortada olması yaxşıdır. Həm də Ermənistan və Qarabağdakı separatçılar geri çəkilir. Sülhməramlıların davranışındakı müəyyən yeniliklər, Türkiyə ilə Rusiyanın münasibətlərinin üst səviyyədə olması göstərir ki, qarşıdakı görüşdən nəsə gözlənilə bilər. Moskva bilir ki, bu məsələyə əl qoysa da, qoymasa da, Azərbaycan Türkiyə ilə birlikdə öz istəklərinə nail olacaq. Bütün bunlara görə qarşıdakı görüşlə bağlı nikbin düşünmıyə dəyər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |