Şrift:
Ekvadorda partlayış nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb
15.08.2022 [06:47] - Xəbərlər, Sosial
Ekvadorun liman şəhəri olan Quayakildə baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

Xarici KİV-ə istinadla xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə zamanı səkkiz ev və iki avtomobil partladılıb.

Ekvadorun daxili işlər nazirinin sözlərinə görə, bu, silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.

Bu hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib. Bu, silahlı dəstələrin zorakılığı səbəbindən Ekvadorda oktyabr ayından bəri elan edilən dördüncü fövqəladə vəziyyətdir.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed