Şrift:
Avstraliyada sabiq Baş nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar təhqiqata başlanılıb
15.08.2022 [06:50] - Xəbərlər, Siyasət
Avstraliyanın sabiq Baş naziri Skott Morrisonun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar təhqiqata başlanılıb.

Bunu Avstraliyanın Baş naziri Entoni Albaneze avqustun 15-də bəyan edib. Baş nazir sabiq hökumət başçısını vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədar ittiham etdiyini söyləyib.

Jurnalistlər qarşısında çıxış edən Baş nazir deyib: “Avstraliya hökuməti S.Morrisonun fəaliyyəti ilə bağlı araşdırmalar apararaq, onun pandemiya dövründə özünü həm səhiyyə, həm maliyyə, həm də təbii ehtiyatlar naziri təyin etməsi məsələsini təhqiq edəcək”.

Baş nazir əlavə edib ki, nazirlərin yerdəyişməsi və tənzimlənməsi Avstraliya xalqından gizli saxlanılıb və bu, qətiyyən yolverilməzdir. Pandemiya dövründə buraxılan bir çox səhvlərin kökündə məhz belə ciddi pozuntular dayanır.

E.Albaneze ölkənin baş prokurorundan S.Morrisonun qəbul etdiyi qərarların Avstraliya Konstitusiyasına və digər qanunlara uyğunluğu məsələsini araşdırmağı artıq xahiş etdiyini də bildirib.

S.Morrisona qarşı ittihamlardan biri onun 2021-ci ilin aprelində gizli şəkildə Sənaye, Elm, Enerji və Resurslar Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməsidir. Hökumətin bildirdiyinə görə, keçmiş Baş nazir bu yolla 2022-ci ilin mayında keçirilmiş seçkilər ərəfəsində yerli sakinlərin və ətraf mühit fəallarının dəstəyini qazanmaq üçün Sidney yaxınlığında dəniz qaz yataqlarının kəşfiyyatını dayandırmaq imkanı əldə edib
Bu xəbər oxucular tərəfindən 551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed