Şrift:
Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb
15.08.2022 [07:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Lisaninin mütəxəssis həkimi doktor Rəhimi Məmqaninin təqdim etdiyi müalicə prosesinin tibbi sənədlərinin tədqiqinə əsasən, azərbaycanlı siyasi fəalın məzuniyyət müddəti uzadılıb.

Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinin rəhbəri Abbas Lasaniyə bildiriblər ki, yoxlamaların təfərrüatları məhkəmənin bildiriş sistemi vasitəsilə ona göndəriləcək.

Müxtəlif xəstəliklərdən, o cümlədən fəqərə sütununda ciddi problemin olduğundan əziyyət çəkən milli fəal əməliyyat olunub və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğu barədə arayış verdikdən sonra o, mayın 23-dən 6 aylıq tibbi məzuniyyətə buraxılıb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edi
Bu xəbər oxucular tərəfindən 15017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed