14.01.2013 [13:55] - Gündəm, İqtisadiyyat, DAVAMın yazıları
Hakimiyyət “iqtisadi dirçəlişi”n reytinqini soyuducularların sayı ilə qiymətləndirməyə başlamışdır
Ermənistan hakimiyyəti bölgədə iqtisadi inkişaf və sosial rifah haqqında uydurmalarını inandırcı şəkildə sübut etmək üçün, beynəlxalq qurumların hesabatlarına istinad etmək taktikasından yararlanmağa başlamışdır. Ancaq, bütün bu təşəbbsülər heç də uğurla nəticələnmir. Ötən həftə ABŞ-ın “Heritage Foundation” təşkilatı “2013-cü ildə iqtisadi azadlıqların indeksi” adlı hesabatı ortaya qoymuşdur. Ermənistan bu hesabatda 38-ci sırada yer almışdır. Serj Sərkisyan hakimiyyəti isə dərhal hərəkətə keçərək dünyada 177 dövlət arasında iqtisadi azadlıqlar göstəricisində Ermənistan 38-ci sırada yer alır. Avropa məkanı üzrə 43 dövlətin siyahısında 17-ci, MDB üzrə isə ilk sırada yer alır. Bütün bunlar əsil həqiqəti əks etdirir, sualından hakimiyyət rəsmiləri cavab verməkdən yayınmışlar.
“Heritage Foundation”nun prinsipləri və İrəvan
“Heritage Foundation” qurumu hər bir ölkədə regional iqtisadi inkişaf proseslərini nəzərə almaqla yanaşı, həm də bunun qanuni tərəflərini də dəyərləndirir. Buraya biznes mühiti, ticarət, fiksal şərait, pul-kredit siyasəti, iqtisadi azadlıqlar, əmək bazarı və korrupsiyası mühitinin səviyyəsini hesabatlara daxil edərək ümumi nəticəni elan edir.
İqtisadi azadlıqların reytinqi-2013 hesabatında ənənəvi olaraq ilk dördlüyə “Asiya-Sakit Okean regionu qismində Honkonq (89.3 bal), Sinqapur (88 bal), Avstraloya (82.6 bal), Yeni Zenlandiya (81.4 bal), İsveçrə (81 bal) daxil edilmişlər. Bu reytinq əmsalında qeyd eolunur ki, Gürcüstan 21-ci, Ermənistan 38-ci, Türkiyə 69-cu, Azərbaycan 88-ci, Rusiya 139-cu, İran isə 168-ci sırada yer alır. 50 baldan və ya bundan az bal toplamış ölkələr isə iqtisadi azadlığı olmayan ölkələr siyasısına əlavə olunmuşlar. 50-60 bala malik ölkə “qismən iqtisadi azadlığa”, 50-60 bala malik “müəyyən qədər iqtisadi azadlığa”, 60-70 bal qazanan “azadlığı təmin olunmuş”, 80 və daha yuxarı bala malik olan dövlətlər isə “mütləq iqtisadi azadlığı” olan regionlar hesab olunmuşlar. “Heritage Foundation”un ekspertlərinin təyin etdikləri 100 ballıq əmsalına görə Ermənistanın 69.4 bal qazanması indi İrəvanda ən böyük uğur paketi qismində reklama çevrilmişdir. Bəs Ermənistanda real durum necədir? Gerçəkdənmi bölgədə iqtisadi azadlıqlar yüksək reytinə malidirmi? Bu kimi sullara cavab axtarmaq üçün elə erməni qaynaqları əsasında bunu araşdırmaq və incələmək heç də çətin deyilmiş. Ermənilər beynəlxalq qurumları dövlət xərclərinin effektiv şəkildə paylaşdırılması taktikasından yararlanaraq əməlli başlı aldada bilmişlər. Məhz bu fakta söykənərək bir tərəfdən iqtisadi azadlıqlar, digər yandan isə müstəqil məhkəmə və hakimiyyətin şəffaf olmasına hamını aldada bilmişdir. Hakimiyyət sözdə korrupsiyaya ilə mübarizə apardığını elan etsə də, vergi, biznes və idarəetmə sektoru tamamilə iqtidarın sərt şəkildə öz nəzarətində olduğunu isə məharətlə gizlətmişdir.
“Doing Business”in oktyabr qurtuluşu
Ötən ilin oktyabr ayında Dünya Bankının “Doing Business”in proqramının 18 maddədən ibarət hazırlamış olduğu hesabatda Ermənistan 32-ci yeri tutmuşdur. Çünki, bölgədə qoyulan yatırımın və orta və kiçik biznesin müdafiəsinə diqqət yetirilmişdir. Elə bu hesabata əsasən Ermənistan MBD məkanında Gürcüstandan geri qalır. İqtisadiyyat nazirinin müavini Karina Minasyan qeyd edir ki, bu hesabata görə iqtisadi reformlara və yüksəlişə görə Qazaxıstan 7-ci, Rusiya 8-ci, Özbəkistan 14-cü yerdə qərar tutmuşlar. 184 ölkə sırasında 32-ci yeri tutmağımız çox yaxşı göstəricidir. Belə bir açıqlamadan ruhlanan baş nazir Tiqran Sərkisyan da yüksəliş şousuna qatılmışdır.
Ayıq başda soyuq duş
“Heritage Foundation” və “Doing Business”in açıqlamalarından ruhlanan hakimiyyət daha da irəli gedərək: “Ermənistanda yaşamaq daha da asanlaşmışdır və həyat şəraiti də şənlənmək üçün geniş imkanlar yaratmışdır” açıqlamasından heç də yorulmadığını gizlətmir. Sabir XİN naziri, hal-hazırda “Çiçəklənən Ermənistan Partiyası”nın üzvü və parlamentin deputatı Vardan Oskanyan isə ironik şəkildə Tiqran Sərkisyanın şən əhvalına soğan doğrayaraq belə demişdir: “Beynəlxalq qurumların irəli sürdüyü bütün təkliflərə göz yumaraq əməl edirsiniz. Bununla da Ermənistan daha da asılı ölkələrdən birinə çevrilir. İndi Ermənistan dünyada elə bir maliyyə qurumu yoxdur ki, ona borclu qalmasın”.
Məşhur erməni politoloqu Samvel Martirosyan isə hakimiyyətin təmtaraqlı təbliğatlarını belə qiymətləndirir: “Ermənistanda hər üç nəfərdən biri kasıblıq həddindən də aşağı bir durumda yaşayır, hər üç nəfərdən ikisi isə kasıblar zümrəsinə məxsusdur. İqtisadi azadlıqlar haqqında qeyd olunan balladalar ancaq oliqarxların maraqlarına xidmət edir. Ölkənin iqtisadi yüksəlişi varsa, istehsal müəssisələri niyə bağlı qalıbdır? Sosial həyat tərzi nədən hər il daha da ağırlaşır? Bəli gerçəkdən də iqtisadi azadlıqlar ölkənin biznes mühitində oliqarxlar arasında riyazi dəqiqliklə bölünmüşdür. Hər oliqarxın iqtisadiyyatın bütün sahələrində özünün monopoliyasında olan şəbəkələri vardır. Heç kim digərinin sahəsinə müdaxilə etmir”.
Eks prezident Robert Köçəryan indi Moskvada yaşasa da, Ermənistandakı durumun əsil xarakterini belə izah etmişdir: “Ermənistanda hakimiyyətin iqtisadi siyasətinin yarıtmaz olmasını sübut edən əsas faktor, yaranmış sosial-iqtisadi böhranla bağlıdır. İrəvanda hər kəs yaxşı bilir ki, kimin durumu yaxşıdır, kimlərin durumu daha da pisləşmişdir. Çox sadə üsulla bunu sübut etmək mümkündür. Evlərdə soyuduculara, ya da mağazalardakı borc dəftərlərinə nəzər yetirmək kifayətdir. Həyat şəraitinin yaxşılaşması ilə bağlı söylənilən fikirlər gerçəkdən insanlara çatmır, onlar hətta başa düşmürlər ki, sosial həyat tərzi necə yaxşılaşmışdır. Beləcə total şəkildə insanlarda ruh düşgünlüyü yaranır. Ölkədən miqrasiya axınlarının miqyası iqtisadi və siyasi sahədə sağlam mühitin əsil səbibini göstərən siqnaldır. Yaxşı mühit olan yerdən insanlar niyə qaçıb getməlidirlər?” Fransanın “Karfur”, “Dalma Qarden Mole” kimi məşhur hipermarket şəbəkəsi ilk öncə İrəvanda geniş miqyaslı ticarət mərkəzlərini açmaq haqqında qərarını versə də, sonda bundan imtina etmişdir. Fransızlar nə qədər ermənipərəst olsalar da, bu yöndə dərin siyasət aparsalar da İrəvandakı oliqraxların onları özlərinə rəqib gözündə baxdıqlarını duyduqları üçün bir daha İrəvana dönmədilər.
Ermənistan iqtisadi fəlakət qarşıısnda
ABŞ-dakı ermənilərin beyin mərkəzi hesab olunan “Policy Forum Armenia” qurumunun araşdırmalarına görə, 2012-ci ildən fərqli olaraq, 2013-cü ildə Ermənistan daha da ağır bir durumu yaşamalı olacaq: “Ermənistan Portuqaliya, Yunanıstan, İspaniya və digər ölkələr kimi iqtisadi baxımdan fəlakət bölgələrinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Milli valyutanın kursu heç də reallığı əks etdirmir. Faktiki olaraq qeyri sabit ölkə statusunu qazanmışdır. Bunun əsas səbəbi isə, klan kapitalizmi siyasətinin hökm sürməsidir. Belə bir durum əslində Ermənistanın milli təhlükəsizliyi baxımından daha qorxulu bir həddə çatdırılmasıdır. Çünki, bir tərəfdən iqtisadi tənəzzül, digər yandan isə əhalinin böyük hissəsinin miqrasiya axınına üz tutmasıdır. Tunelin sonunda Ermənistanın gələcəyi məchuldur”.
“Transparency International” təşkilatı isə dünyada korrupsiya və rüşvətxorluğun inkişaf etdiyi ölkələr siyahısında 183 ölkənin adını çəkmiş və Ermənistan burada 129-cu yeri tutmuşdur. Bu raportda o da qeyd olunur ki, Ermənistanda vergi ödəmələri olduqca zəif aparılır. Digər yandan isə büdcənin talan olunmasında iri çəkili məmurlardan tutmuş ən kiçiyinə qədər hamı bu “sevimli” işlə məşğuldur. Bu məsələdə İrəvan hökuməti 150-ci yerdə gedir. İrəvandakı “Tegional Araşdırmalar Mərkəzi”nin rəhbəri Riçard Kirakosyan bütün bunlara aydınlıq gətirmək üçün açıq şəkildə belə qeyd etmişdir: “Ermənistanda faktiki olaraq oliqarxların heç bir vergi ödəmələrinə cəlb olunmurlar. Çünki, onların hamısı hakimiyyətin müvafiq sahələrində mühüm postlara nəzarət edirlər. Adicə idxal və ixracar sektorunun kimlərin tərəfindən idarə olunmasına azacıq da olsa diqqət yerimək kifayətdir. Ermənistanda vergi məcəlləsi haqqında qəbul edilmiş qanunlar çox əladır. Əsil biznes mühitinə tam uyğundur. Hətta bu sahədə bir sıra Avropa dövllətlərindən də ədalətli qanunlar qəbul olunmuşdur. Ancaq, bütün bunlar sadəcə kağız üzərindədir”.
Ermənistanın xarici borclarına diqqəti yönəldən “Alternativ” Araşdırmalar Mərkəzinin sədri Tatul Manaseryanın fikrincə ölkədə ən azından 40 faiz vergilər toplanılmır. Buna görə də Ermənistan hakimiyyəti hər il beynəlxalq maliyyə resurslarından borc almağa məcburdur.
Rusiyanın “RİA-Novosti” agentliyinin 2012-ci il mart ayının sonunda verdiyi açıqlamada qeyd olunur ki, Ermənistanın xarici borcları artıq 7 milyad 344 milyon dollara çatmışdır. Bu borcların 41.07 faizi dövlət borcları, 15.52 faizi özəl sektorun, 10.48 faizi maliyyə-kredit sektorunun, 20.48 faizi kommersiya banklarının, 12.45 faizi isə müxtəlif iqtisadi sahələrlə bağlıdır. Sosioloqların hesablamalarına görə indi Ermənistanda son 15 ildə əhalinin sayı 3 milyon nəfərdən 1 milyon 700 min nəfərə qədər azalmışdır. Hakimiyyət isə durmadan xaricdən müxtəlif yollarla və bəhanələrlə kredit almaqda davam edir. Bəs bu borclar necə qaytarılacaqdır və ya hansı vasitələrlə ödniləcəkdir? Bu suala indi nə İrəvanda, nə də beynəlxalq maliyyə insitutlarında heç kim dəqiq cavab tapa bilmir. Hal hazırda İranda yaranmış və daha da ağırlaşmaqda olan sosial-iqtisadi böhranların ucbatından Ermənistana çox güclü şəkildə bunun təsiri artmaqdadır. Belə ki, 20 ildir İrandan ucuz malları alan Ermənistan, qonşu ölkədə yaranmış gərgin vəziyyətə görə daha ağır durumu yaşamağa məcbur olmuşdur. Ermənistan bütün bunları nəzərə alaraq diaspor təşkilatları ilə birlikdə bütün dünyada imza kampaniyasına başlamışdır. Tələb olunan şərt isə qonşu Türkiyə ilə sərhədlərin açılmasıdır. Bir yandan Azərbaycan, digər yandan Türkiyə ilə sərhədləri qapalı olan Ermənistanın İranla olan problemləri də beləcə artmaqdadır. Ümid qapısı olan Gürcüstanla iqtisadi əlaqələrini inkişaf etdirmək indkii qarlı, şaxtalı iqlim şəraitində heç cür mümkün deyil. Çünki, qarşıda Rusiya ilə əlaqələrə görə Daryal aşırımını, Kazbek dağını keçmək mümkün deyil. Rok tuneli isə aprel ayına qədər qapalı olacaqdır.
Ənvər Börüsoy

Bu xəbər oxucular tərəfindən 1625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |